«İndi virus yoxdur deyən, başımıza alim kəsilənlər qaçıb gizləniblər» — Azərbaycanlı həkim həyəcan təbili çaldı

“Sizlər bir də bununla mübarizə aparmağın nə qədər dəhşətli olduğunu bilsəniz. İndi virus yoxdur deyən, başımıza alim kəsilən beyinsizlər qaçıb gizləniblər».

EDNews.net xəbər verir ki, bu sözləri sosial şəbəkədə Mərkəzi Klinikanın İnvaziv Kardiyologiya şöbəsində çalışan həkim Firdovsi İbrahimov yazıb: “Xəstəxanalar 100% dolub.Virusu o qədər yaydılar ki, məcburi olaraq qoruyucu maskaların ən sərt formasını istiadə etməli olduq. Xüsusi maskalar üzümüzü elə kəsir ki, adam onun ağrısından bəzən dözülməz acı çəkir. Normal müayinəyə gələn xəstələrin 5-10 %-ndə virus şübhəsi olur. Bir də bu xəstələrlə işləyənlər o geyimdə 8-12 saat susuz, yeməksiz və tualet ehtiyacını da pamperslə idarə edərək işləyirlər. Biz heç olmazsa 4-5 saatdan bir sərbəst oluruq. Əlimizi yumaqdan və dezenfektə etməkdən quru ağac qabığı kimi olub”.

Qeyd edək ki, ötən gün Azərbaycanda 339 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 4 nəfər vəfat edib. İndiyədək ölkədə 8530 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4720 nəfər müalicə olunaraq sağalıb, 102 nəfər vəfat edib, 3708 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 356 032 test aparılıb.

/EDNews.net/

Bu xəbəri paylaşın: