Azərbaycanda daha bir həkim koronavirus səbəbindən dünyasını dəyişib.
Fedai.az unikal.org-a istinadən xəbər verir ki, bu barədə endokrinoloq Yeganə Muradova məlumat verib.
O, sosial media hesabında paylaşım edərək, travmatoloq Mehman Hüseynovun koronavirus qurbanı olduğunu bildirib: «Virusa inanmıram deyənlər, biz bu gün tələbə yoldaşımızı, kolleqamızı itirdik. Son ana qədər inanırdıq ki, o, sağalacaq. Allah rəhmət eləsin. Allah ailəsinə səbr versin».
Xatırladaq ki, bu gün Xalq artisti, Prezident təqaüdçüsü Teymur Ağaxan oğlu Mustafayevin ölüm səbəbinin koronavirus olması məlum olub.


Bu xəbəri paylaşın:
