Qəhrəman döyüşçü, şəhidimiz Həmid Cəfərli Azərbaycan Vətən Müharibəsi Vətən Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Nəsimi rayon şöbəsinin sədri, «Azərbaycan Bayrağı» ordenli polkovnik Elmar Hüseynovun bacısı oğlu olduğunu və faciəli şəkildə ölən körpə 5 yaşlı şəhidimiz Hüseyn Cəfərlinin şəhidimiz Həmid Cəfərlinin övladı olduğunu yazmışdıq, bu xəbər bütün veteranlarımızın qəlbini parçaladı.
Dəfnə toplaşan müharibə veteranlarının sözlərindən və gözlərindən yağan bir hüzün vardı:
Sən kiçiksən öləməzsən,
Kəfən belə geyəməzsən
Qarlı dağlar aldı səni,
İstəsən də dönəməzsən.

Cənnət quşu kimi uçub getdi. Bizlər şəhidin əmanətinə sahib çıxa bilmədik. Pərdəni açanda göy üzü Günəşi əsirgəmirsə, o gözəl günlərin haqqını verən şəhidlər vardır. Onların əmanətlərini qorumaq hər birimizin boyun borcumuzdur. Qoruya bildikmi? Adlarını həkim qoyub, nə qoyub bu sosial təbəqəyə qarşı aparılan gizli bir savaş var. Bu savaş duracaq. Kiçik Hüseyni xilas etmək əvəzinə, qaçıb gizlənən həkimlər canilər kimi həbs olunmalıdır. Bunu elə belə demirik…
Qısa ömründə əsil vətənpərvər kimi yetişən daha bir döyüşçümüzü, 5 yaşlı Hüseynimizi cənnətə uğurladıq. Məkanı onsuz da cənnətdir. Şəhidlərimizə salamlar apar, mələk üzlü Hüseynimiz!
Türk şairi Mehmet Akif Ersoyun dediyi o məkanda rahat uyu, körpə şəhid…
Ey şəhid oğlu şəhid, istəmə məndən məqbər,
Sənə ağuşunu açmış və durur Peyğəmbər.
