Xəbər verdiyimiz kimi, bugün 10 ailə Zəngilan rayonunun Ağalı kəndinə köçüb.
Baku TV-nin Zəngilanda olan əməkdaşı maraqlı faktı izləyicilərə çatdırıb.
Belə ki, Zəngilanda yenidən tikilən restoran binasının inşası zamanı istifadə olunan daşlar işğal dövründə ermənilər tərəfindən dağıdılar evlərin qalıntılarıdır.
Daha ətraflı Baku TV-nin süjetində:
Bu gün Zəngilanın Ağalı kəndinə bu yerlərin sahiblərinin qayıdışı baş tutub. Cəmi 2 il əvvəl, 2020-ci ilin ilk aylarında bu inanılmaz görünürdü. Həmin ilin sonunda isə artıq Zəngilan işğal altında olan digər Azərbaycan torpaqları kimi düşməndən təmizlənmişdi. 44 günə şanlı Azərbaycan Ordusu erməni işğalçılarını darmadağın etdi, bizləri Qarabağa qovuşdurdu.
Azərbaycan dövləti qısa bir vaxtda çox nəhəng işlər gördü, cəmi 1 il 8 aya 30 ilə yaxın işğal altında qalan, az qala hər qarışı minalanmış torpaqlarda yüksək səviyyədə yaşayış şərtlərinə cavab verən «Ağıllı kənd» layihəsini icra olunub və işlər davam etməkdədir.
2022-ci il iyulun 19-u tariximizə Böyük Qayıdış günü kimi düşdü Bu gün 10 ailə Zəngilan rayonunun Ağalı kəndinə köçürülüb. Baku TV-nin çəkiliş qrupu doğma yurdlarına qayıdan sakinlərin köç prosesini işıqlandırıb.
29 illik həsrətlərinin sona çatdığını deyən sakinlər Ağalıya qayıtdıqları üçün sevinclərinin həddi-hüdudu olmadığını bildiriblər.
Qeyd edək ki, qarşıdakı beş gün ərzində daha 41 ailənin kəndə köçürülməsi nəzərdə tutulub.
Bununla da iyulun sonuna qədər Böyük Qayıdışın birinci mərhələsi tamamlanmış olacaq.






