Balakən rayonunda rayon şöbəsiin üzvü olan müharibə veteranları Xüsusi Təyinatlı Qosunlarda xidmət etmiş, şəhid bas leytenant Harun Alqayevə həsr olunmuş kitabın təqdimat mərasimində iştirak ediblər.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Balakən rayon şöbəsinin sədri Aydın Abdullayev məlumat verib.
Mərasimdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Balakən rayon şöbəsinin sədri Aydın Abdullayev çıxış edərək 44 günlük Vətən müharibəsində ordumuzun keçdiyi döyüş yolundan və bu yolda öz canlarından keçən şəhidlərimizdən olan Harun Alqayevin qəhrəmanlıq dolu döyüş yollarından danışıb.
Allah şəhidlərimizə rəhmət eləsin!
Elnur Səlim
