Tovuzda qeyri-hökumət təşkilatlarının sədrləri təltif edilib. Təltif olunanlar arasında Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Tovuz rayon şöbəsinin sədri Etibar Vəliyevin də adı var.
Həmçinin, Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, rayonun ictimai-siyasi həyatında fəal iştirak etdiklərinə görə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri ictimai birliyinin Tovuz rayon filialının sədri Əliyev Əli Fəxrəddin oğlu və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Tovuz rayon şöbəsinin sədri Vəliyev Etibar Əli oğlunu rayon İcra Hakmiyyətinin Fəxri Fərmanları ilə təltif etmişdir.
Məmməd Məmmədov Əli Əliyev və Etibar Vəliyevə bundan sonrakı bütün fəaliyyətlərində uğurlar arzulamış, şəhid ailələri və müharibə iştirakçıları kimi həssas kateqoriyadan olan ailələrə göstərdikləri xüsusi diqqət və qayğının əhəmiyyətini qeyd etmişdir.
Ə. Əliyev və E. Vəliyev Fəxri Fərmanla təltif olunduqlarına görə təşəkkür etmiş, sədrlik etdikləri ictimai birliklərin bundan sonra da rayonun ictimai həyatından aktiv şəkildə fəaliyyət göstərəcəklərini bildirmişlər. Onların şöbələrində bütün müharibə iştirakçıları və şəhid ailələrinə göstərilən dövlət qayğısına görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə etmişlər.



