Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi (AVMVİB) Səbail rayon şöbəsinin qərargahında Səbail rayonundan seçilmiş millət vəkili Nigar Arpadarai Qarabağ müharibəsi veteranları ilə görüş keçirmişdir.
Şəhidlərimizin əziz xatirəsi ənənəvi olaraq 1 dəqiqəlik sükutla anılıb.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi (AVMVİB) Səbail rayon şöbəsinin sədri Fəqan Nəsibzadə məlumat verib.
F. Nəsibzadə bildirib ki, görüş iştirakçıları onları maraqlandıran məsələlərlə bağlı xanım Millət vəkilinə müraciətlər etdilər. Tədbirdə Millət vəkili N. Arpadaraiin müharibə iştirakçılarının problemlərini Milli Məclisdə də səsləndirdiyənə görə veteranlar öz minnətdarlıqlarını bildirdilər.
E. Səlim



