Ermənistanın Tehrandakı səfirliyinin qarşısında etiraz aksiyası keçirilib və aksiyada erməni bayrağı yandırılıb.
“Ölkə.Az” erməni mediasına istinadən xəbər verir ki, iranlıların ermənilərə etiraz etməsinin səbəbi Ermənistanın İsraildə səfirlik açması olub.
Onlarla İran vətəndaşı Ermənistanın Tehrandakı səfirliyinin qarşısında çıxaraq, İrəvanın bu hərkətinə etiraz ediblər. İran vətəndaşları bəyan ediblər ki, İran hər zaman Ermənistanın ən ağır günündə qonşu ölkə kimi yanında olub, lakin İrəvanın İranın düşməni olan İsraildə səfrilik açması iki ölkə arasındakı münasibətlərə xələl gətirir və bu xəyanətdir. Aksiya iştirakçıları səfirlik binası qarşısında Ermənistan bayrağını yandırıblar./Ölkə.Az/