İBRƏT ALMADIĞIMIZ TARİXİMİZ — Düşməni öncə tanımaq lazımdır

REDAKSİYADAN: Erməni saytı «Езид Джангир-ага — гроза турок и большой друг армянского народа» (29 мая 2020. Инфотека24. erməni saytı) başlıqlı yazı paylaşıb. Yadıma, «Mənim Ermənistanım» mahnısı oxuyan Zaranı xalqın etirazlarına «yarım kilo qoz, 1 kilo alma edənlərin» dönə-dönə gətirib «oxutmaları» düşdü.

Müharibə vaxtı, yezidilərin (bunları kürdlə qarışdırmaq olmaz — red.) daim bizə qarşı vuruşduqlarını xatırladım. Qarabağda Azərbaycana qarşı vuruşan erməni separatçılarına dəstək verənlər arasında yezidi kürdlər üstünlük təşkil edir. Maraqlıdır ki, I Qarabağ savaşı zamanı da 500 yezidi kürd ermənilərlə birlikdə Azərbaycana qarşı könüllü olaraq savaşıb və bunlardan yüzdən çoxu əsgərlərimiz tərəfindən gəbərdilib.

Belə ki, onlarla müsəlman kürd Ermənistandan azərbaycanlılarla birlikdə qovulsa da, bu tovuz quşuna inanan yezidilər ermənilərə “qardaş” deyirlər. Belə çıxır ki, yezidiyə qardaş deyənlər, elə erməninin qardaşlarıdır. Qarabağın işğalında əlahiddə yezidi batalyonunun fotolarını sizlərə təqdim edirik və bu gün də İraqdan, Suriyadan gətirilən yezidilər Qarabağın işğal olunmuş ərazilərinə yerləşdirilməkdədirlər.

Erməni əsilli müğənnini Bakıda yezidi kürdü kimi oxutmaq istəyirlər

Daha sonra bu erməni dəstəkçilərinə Azərbaycandan qazanılan pullarla yardım edildiyi yadıma düşdü. Dəfələrlə qalxan qalmaqalı xatırlayırsınızsa, “Azərsun” təkcə yezidilərə deyil, türkmənlərə də yardım etdiyini açıqlamışdı. Amma araşdırma zamanı İraq Türkmən Cəbhəsindən bu faktı təkzib etmişdilər və Azərbaycandan türkmənlərə heç bir yardım edilmədiyini haqlı olaraq ikrahla bildirmişdilər. Çünki canı və qanı bizdən olan qardaşlarımıza belə bir yardım cəhdimiz olmadı və indi də yoxdur. O vaxtlar verilən məlumata görə, şirkət Böyük Britaniyanın xüsusi təyinatlı qüvvələrinin keçmiş mütəxəssisi Stüart Riqbini Abdolbari Gozalın sifarişi ilə saatda 4000 isti yemək payı hazırlaya bilən “Steam İnfusion” qurğusundan istifadə üzrə təlim keçmək üçün Türkiyəyə göndərmişdi.

Xəbərdə deyilirdi ki, “Azərsun” prezidenti həmin avadanlığın alınması və yezidi kürdlər üçün ərzaq yardımı ilə bağlı bütün xərcləri üzərinə götürüb. Qeyd edək ki, “Steam İnfusion” avadanlığı “Olympus Automation” şirkəti tərəfindən istehsal edilir. “Olympus Automation” şirkətinin icraçı direktoru Harri Norman “FoodProductionDaily” saytına bildirmişdi ki, Abdolbari Gozal iki gün əvvəl ona zəng edib. “Vaxt doğrudan da məhduddur. “Olympus Automation” şirkəti çevik reaksiya verib və bu sistem rekord səviyyədə qısa müddətə – artıq gələn həftəyə quraşdırılaraq işə düşəcək” – deyə H. Norman bildirmişdi.

Erməni əsilli müğənnini Bakıda yezidi kürdü kimi oxutmaq istəyirlər

Bəli, yezidilər, istər xaricdə, istərsə də Ermənistanda erməni işinin tərkib hissəsidir və bu gün qardaş Türkiyəyə qarşı yönəlmiş PKK terrorunda önəmli çəkiyə malikdirlər. Bunu araşdırmaq o qədər də çətin deyil. ASALA -PKK əlaqələrinin Vekaa vadisində necə tənzimləndiyini hər kəs araşdıra bilər. Yezidilər son dövrlər ermənilərdən milli muxtariyyət tələb etsələr də, qardaş adlandırdıqları ermənilərin disskriminasiyasına məruz qalmaqdadırlar. Yaxın Şərqdə onların ağır günlərində Ermənistan deyil, məhz Azərbaycanın pulları hesabına yezidilərə yardımlar edilib və edilməkdədir. Amma biz 100 ildir bu dərslərdən ibrət almırıq. Ala bilmirik.

**************

Erməni saytının yayınladığı yazını və videonu diqqətinizə çatdırırıq:

1918-ci ilin yazında türklər Qarsı tutdular, Aleksandrapol (Gümrü) şəhərinə girdilər və Sardarapat, Qarakilsə və Baş-Aparana doğru irəliləməyə başladılar. Yenə zülm, itki və məhrumiyyət. Qaralaid körpüsü boyunca İğdırın bütün erməni və yezidi əhalisi Arazın o biri tərəfinə nəql edildi. Körpü, Türklərin fırtınalı çaydan keçməsini mümkünsüz etmək üçün uçuruldu.

Elə həmin gecə, Molla Bayazid kəndi yaxınlığında, yezidi komandiri Cangir ağanın (Cangir Xatifov) qüvvələri maneəsiz irəliləyərək türklərə hücum etdilər. Onlar nəinki türklərin irəliləməsinin qarşısını almış, həm də erməni qüvvələrinə öz qüvvələrini yenidən formalaşdırmağa imkan verən ciddi ziyan vurmuşlar.

Erməni əsilli müğənnini Bakıda yezidi kürdü kimi oxutmaq istəyirlər

Uzun müddət Osmanlı ordusunda xidmət edən Cangir ağa, Türklərin zəif tərəflərini bilirdi. Gecələr necə mübarizə edəcəklərini bilmirdilər, buna görə də gecə hücumları etdi. Bu döyüşlərdə Cangir ağa “erməni xalqının səmimi müttəfiqi” titulunu qazandı.

Qars və İğdırdakı döyüşlərdən sonra erməni qüvvələri geri çəkildikdə on minlərlə erməni qaçqını olan bu dəstələrdən birini müşayiət edən Cangir ağa idi. Doqquz gün ərzində Zelan dərəsində Velik Paşanın başçılıq etdiyi türklərin dəstəsinə qarşı döyüşlər getdi. Cangir ağa cəsarətinə görə burada da fərqlənir. Yenə də baş verən qırğına baxmayaraq, ordu kütləsinin qarşısını almağı bacardı, xüsusən də uşaqları xilas edə bildi. Onları Şərqi Ermənistana gətirib sığınacaqlarda yerləşdirdi” — deyə tarix elmləri doktoru Vahan Melikyan yazıb.

Türklər Baş Aparana doğru irəliləməyə davam etdilər. Hər şeyi və yollarındakı hər şeyi məhv etdilər, İrəvan və Sərdarabadı arxadan təhdid etdilər. Komandanlıq Cangir ağanın dəstəsini Baş Aparana göndərməyə qərar verdi. Ərazini yaxşı tanıyan Alagöz yezidləri ilə birlikdə Sərdarabaddakı qələbədən ilham alan Cangir ağanın 1500 atlısı qısa yolda Baş-Aparana çatır, düşmənin yolunu kəsir. Şiddətli döyüşlər başlayır. Türklər İrəvana keçmək üçün hər şeyi etdilər, amma Aparan keçilməz bir qalaya çevrildi. Ətraf kəndlərin sakinləri, Cangir ağanın süvariləri, könüllü dəstələr və hətta qaçqın qrupları İrəvana gedən yolda bir mis qalxana oşevrildilər. Cangir ağa gözlənilmədən hücuma keçdi və düşmənin qüvvələrinə sarsıdıcı zərbələr vurdu. Özlərini xilas etmək üçün türklər, Batumdakı türklər və ermənilər arasında barışığın əldə edildiyi bəhanəsi ilə hətta Dro (Drastamat Kanayan-yəhudilərin genosidində iştirakçı olan faşist — red.) ilə danışıq aparmağa adam göndərdilər. Dro razılaşır, amma Cangir-aga geri çəkilmək əmrinə tabe olmur və Aleksandrapola gedərək türkləri əzməyə davam edir.

Yezidi komandirinin cəsarətli şücaəti, Sərdarabad, Baş-Aparan və Qarakilsədəki qələbələri sayəsində 28 May 1918-ci ildə Birinci Ermənistan Respublikasını elan etmək mümkün oldu.

Cangir ağa öz adını Ermənistan tarixinin qəhrəmanlıq səhifələrinə qızıl hərflərlə yazdı.

Bu gün üçüncü Ermənistan Respublikasının paytaxtı İrəvanın küçələrindən birinə yezidi xalqının milli qəhrəmanı Cangir ağanın adı verilib.

P.S. Dostlarımızı və düşmənlərimizi tanıyın…

Xaqani Ədəboğlu

AVMVİB Mətbuat Xidmətinin rəhbəri

Bu xəbəri paylaşın: