Dünən gecə saat 22:30 radələrində Ermənistanın Kotayk vilayətinin Meğradzor icması yaxınlığında yerləşən və hal hazırda istifadəyə yararsız «MEĞRADZOR QOLD» qızıl mədəninin şaxtasında 34, 29 və 27 yaşlarında olan 3 erməni dğasının meyidləri tapılıb.
Onlar tamahlarına güc gələrək keçmış qızıl mədənində qızıl axtarmaq niyyətilə şaxtaya girmiş və KƏSKİN EKZOGEN MİNERAL QAZINDAN zəhərlənərək ölmüşlər.
Onların meyidlərini çıxarmaq üçün şaxtaya daxil olan kənd sakinlərindən daha 6 nəfəri qazdan zəhərlənmişlər. FHN -nin xilaskarları onları şaxtadan çıxararaq zəhərlənmə diaqnozu ilə vilayət xəstəxanasına yerləşdirmişlər.
Onların sağlıq durumu haqqında hələlik məlumat verilmir.
İŞMAYIL TANRIVERDİ
Bu xəbəri paylaşın: