Erməni mediası itki və yaralıların sayında «dəqiqləşmələr» aparmaqdadır. Hazırkı məlumata görə, erməni silahlı quldur dəstələrinin üzvü olan şəxslərin məhv edilməsini söyləməsə də, yaralıların sayını 19-a qaldırıb.
Qondarma rejimin qondarma səhiyyə naziri Mikayel Ayriyan bu barədə «Azatutyun» («Azadlıq») radiosuna müsahibəsində bildirib.

“Onlardan 4-ü çox ağır vəziyyətdədir. Digərləri orta-ağır və ya yüngül sayıla bilər”, — məlumatda qeyd edilib.
Yaralıların bir hissəsi artıq İrəvan xəstəxanalarına göndərilib.
Xatırladaq ki, erməni sosial şəbəkə istifadəçiləri, eyni zamanda «Qisas» əməliyyatı ilə bağlı Azərbaycan MN-in yaydığı videolar erməni qanunsuz silahlı dəstələrinin daha çox itki verdiyini təsdiqləyir. Öncə 7, sonra 8 və 15, ən son 19 rəqəmi elan edilib.