NECƏ SADƏ VƏ QƏLBDƏN GƏLƏN DUADI
Ərəblərin bütlərə və farsların atəşə tapınmasından 800 il əvvəl tək Tanrıya inanan türk hun hökmdarları bu duanı oxuyardılar:
“Ulu Tanrı.
Hər şeyi yaradan Tanrı.
Yenilməz, sarsılmaz, tükənməz, tükənməz, yox olmaz, Tanrı.
Suyu donduran, buzu əridən, buzdan suyu axan, çayı sudan axıdan, çaydan gölü dolduran, göldə balıq yetirən, Tanrı.
Bulaqları quruyan dərələrə axıdan, ağaca, ota can verən, ağacdan, otdan çiçək çıxaran, çiçəklərdən bar verən, arıya bal düzəltdirən Tanrı.
Günümüzü işıqlandıran, gecəmizi ulduzlarla bəzəyən Tanrı.
Yeni ili bizə bəxş edən Tanrı.
Bu il bizə bol ver, bolluk ver!
Otumuz otlağımız bol olsun.
Qulunlarımız, quzularımızı bizə bol verir.
Bizə bol yun, yağ, süd, pendir və qımız ver.
Yağmurumuz, suyumuzu bol ver.
Bizə çoxlu ov ver.
Urısı, qızımız, oğlumuzu, bizə bol ver.
Anamızı, balımızı, oğlumuzu, qızımızı, qocamızı-kiçiyimizi, hamımızı bu Qara torpaqda, qara xəstəliklərdən qoru, bizi tənhalıqdan qoru, Uca Tanrı.
Yayımızı möhkəm, oxumuzu dəqiq, qılıncımızı iti et.
Yağının başını dərdsiz, biləklərimizi zəif, ürəyimizi ümidsiz qoyma.
Yaz keçsin, yay gəlsin, yay keçsin payız gəlsin, bu payız buduna gəlsin.
Quzularımız, qulunumuz, oğullarımız çox olsun.
Türk çoxalsın, Acun uze bəy olsun.
Ac, çılpaq qalmayaq, acun düzen dirlik bulsun.
Yer-göy üçün, əcdadlarımızın ruhu üçün etdiyimiz idukları (duaları) qəbul et.
Uca Tanrı.
Türk Millətini elsiz eləmə, Türk Budunu başsız etmə, Türk Budununu şərəfsiz etmə, Hun Budunun üzünü yerə vurma, Türk Budunu əsir etmə, qızlarımızı kəniz, oğullarımızı isə qul etmə.
Türk millətini qoru…”
Mənbə: Ronald Cohn Jesse Russell, Tengriism,bookwika, VSD (1 Yanvar 2012 — ci il)