AVMVİB rayon şöbələrinin görüşü

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Tovuz rayon şöbəsinin sədri Etibar Vəliyev, sədr müavini Çingiz Babayev Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xankəndi şəhər və Xocalı rayon şöbəsinin sədri Ramiz Ağayev Tovuz rayonunda Şəhidlər xiyabanını ziyarət ediblər.

Bu barədə məlumat verən Babayev Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Xankəndi şəhəri və Xocalı rayon şöbəsinin sədri Ramiz Ağayev bildirdi ki, rayonun Əlibəyli kəndində Şəhidlər abidə kompleksini, şəhidlərimizin xatirəsinə acılmış bulaqları, İyun hadisəlrində şəhid olanların xatirəsinə acılmış abidə bulaq komplesini, Azərbaycanın Milli Qəhrəmanı Qasım Rzayevin Əlibəyli kəndində məzarını ziyarət ediblər. Bu işlərdə Tovuz rayon veteranları yaxından iştirak ediblər. Bu gün də bu istiqamətdə müharibə veteranlarımız öz fəaliyyətlərini davam etdirirlər.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rayon şöbələrinin belə qarşılıqlı görüşlər keçirməsi təqdirəlayiq bir hadisədir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun!

E. Səlim

Bu xəbəri paylaşın: