Zöhrabyan: «Xaçkarlar Laçın və Zabuxdan götürüləcək ki, türklər murdarlamasın»

“Xaçkarlar Laçın və Zabuxdan söküləcək ki, türklər onları murdarlamasın”.

Erməni mediası xəbər verir ki, bunu Ermənistan parlamentinin üzvü Naira Zöhrabyan deyib. Onun sözlərinə görə, Qarabağdakı separatçı rejim Laçın və Zabux əhalisinə məlumat verib ki, onlar avqustun 25-dək evlərini tərk etməli, evlərini sökməli və qohumlarının məzarlarını yeni yaşayış yerinə köçürməlidirlər.

“Yaradılan operativ qərargah Laçın və Zabux sakinlərinin mənzil problemi ilə məşğul olacaq. “Mənəvi təzminat” olaraq insanlara evlərini yandırmağa icazə verilib.

Sentyabrın 1-də Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizi türklərin ixtiyarına veriləcək.

Türklər pasportları yoxladıqdan sonra bir-iki ay Qarabağı Ermənistanla birləşdirən Kornidzor alternativ yolu ilə keçidə icazə verəcək. Sonra kiçik bir təxribat edib onu bağlayacaqlar, nəhayət, Qarabağın Ermənistanla əlaqəsi kəsiləcək.

Və bundan sonra və ya daha əvvəl, Qarabağın tamamilə boşaldılması bir neçə saatlıq məsələ olacaq. Çünki alternativ etnik təmizləmə və növbəti soyqırım olardı”,- deyə Zöhrabyan çərənləyib.

Xuraman Etibarlı

Mənbə: Konkret.az

Bu xəbəri paylaşın: