Ölkəni xilas etmək üçün Qarabağı qurban verəcəyik — Poqosyan

“Qarabağı qurban verəcəyik”.

Bunu Ermənistan Siyasi Elmlər Assosiasiyasının icraçı direktoru Beniamin Poqosyan 1inTV YouTube kanalının efirində bildirib. O, Ermənistanın seçim qarşısında qaldığını və ölkəni xilas etmək üçün Qarabağı qurban verməyə məcbur olduğunu bildirib.

Poqosyanın sözlərinə görə, Ermənistan guya hərbi şantaj və müharibə ilə hədələnir.

“Azərbaycanı qəzəbləndirməmək üçün biz hər cür qəti addımlardan qaçırıq. Ermənistan seçim qarşısındadırsa: ya Qarabağı qurban verin, ya da Ermənistanı xilas edin, biz Qarabağı qurban verməyə məcburuq”, – Poqosyan deyib. 

Mənbə: KONKRET.az

Bu xəbəri paylaşın: