AVMVİB sədri şəhid anasını ziyarət etdi

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev şəhid anası Xeyransa Əsədova ilə görüşüb.


Şəhid anası Xeyransa Əsədovanın həyat yoldaşı Xosrov Xanquliyev Ağdərə rayonu Xatınbəyli kəndi uğrunda gedən döyüşlər zamanı şəhid olub. Oğlu Nazim Xanquliyev isə polis nəfəri kimi Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndi uğrunda gedən döyüşlər zamanı həlak olub. Şəhid anası hazırda Almaniyada yaşayır və şəhidlərin məzarını ziyarət etmək üçün vətənpərvər soydaşımız, şəhid oğlu və qardaşı Faiq Xanquliyevlə birgə ölkəmizə gəlib. Həyat yoldaşı Xosrov Xanquliyev Ağdam rayonu Şəhidlər Xiyabanında dəfn olunub. Şəhid Nazim Xanquliyevin məzarı isə II Şəhidlər Xiyabanındadır.

Onu da xatırladım ki, xaricdə yaşasa da şəhid anası və şəhidin həyat yoldaşı olan X. Əsədova Silahlı Qüvvələrə Yardım Fonduna 2000 manat yardım etmişdi.


AVMVİB sədri Füzuli Rzaquliyev, şəhid anası Xeyrənsa Əsədovaya baş çəkərək, qəhrəman şəhidlərimizə AVMVİB-nin təsis etdiyi Xatirə medallarını təqdim edib. Şəhidlərimizə Allahdan rəhmət diləyib və onları heç zaman unudulmayacaqlarını qeyd edib.


Allah şəhidlərimizə rəhmət eləsin!

Elnur Səlim

Bu xəbəri paylaşın: