Beş mindən çox müəllim müsahibə mərhələsində iştirak edəcək

Müəllimlərin işə qəbulu üzrə vakansiya seçiminin nəticələri açıqlanıb 2022-2023-cü tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb.

Nəticələr namizədlərin şəxsi səhifələrinə artıq göndərilib. 4-8 avqust tarixlərində keçirilmiş vakansiya seçimində 5234 namizəd uğur qazanaraq müsahibə mərhələsində iştirak hüququ əldə edib.

Növbəti mərhələdə iştirak edəcək bütün namizədlərin hər birinə uğurlar arzulayırıq!

Bu xəbəri paylaşın: