Dağıstan polisi sərhəddə toplaşan azərbaycanlılara atəş açdı

Karantin rejimi ilə əlaqədar  qadağa səbəbindən ölkəyə qayıda bilməyən Azərbaycan vətəndaşları Dağıstanda Azərbaycan-Rusiya sərhəddində toplaşıb. Son günlər onlar faktiki olaraq Dərbənd rayonunun Qullar qəsəbəsi yaxınlığında küçədə qalıblar.
Sosial şəbəkələrdə isə “Sərhəddə qalan Azərbaycan vətəndaşına Dağıstan polisi atəş açıb” başlığı altında video yayılıb. İddia olunur ki, polis kütləni dağıtmaq üçün havaya atəş açıb.

Sosial şəbəkələrdə yayımlanan statuslardan belə məlum olur ki, vəziyyətin gərginləşməsinə səbəb iyunun 16-da Azərbaycana cəmi 240 nəfərin buraxılacağı ilə bağlı məlumatın yayılması olub.Bundan sonra insanlar neçə gündür üzləşdikləri situasiyaının gərginliyindən emosiyalarına hakim ola bilməyiblər və hamının sərhəddən buraxılması tələb ilə çıxış ediblər. Hadisə yerinə OMON və polis qüvvələri cəlb edilib. Onların Azərbaycan vətəndaşlarının yolunu kəsib və zor tətbiq edərək onları dəyənəklərlə dağıtmağa çalışıblar.

Bu xəbəri paylaşın: