Cəbrayıl rayon müharibə veteranları Cəbrayılın düşmən tərəfindən işğal edildiyi günü şəhid məzarlarını ziyarət ediblər.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Cəbrayıl rayon şöbəsinin sədri Rasim Paşayev məlumat verib.
R. Paşayev bildirdi ki, Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. 1994-cü il 5 yanvar tarixində Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndi işğaldan azad edilmişdi. 2016-cı il Aprel Döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edilmiş və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun tam nəzarətinə keçmişdi. Nəhayət ki, uzun illər gözlədiyimiz gün gəldi. 44 günlük Vətən müharibəsi sayəsində bu gün artıq Cəbrayıl rayonu artıq azaddır. Buna görə də xalqımız Ordumuza və Ali Baş Komandan cənab İlham Əliyevə minnətdardır.
Müharibə veteranları şəhid məzarları üzərinə gül qoyub və ruhuna dualar oxuyublar.
Allah şəhidlərimizə rəhmət eləsin!
