Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xankəndi şəhər, Xocalı rayon şöbəsi Kərkicahan qəsəbəsindən olan şəhid Nəcəfov Alov Nəsib oğlunun doğum günü ilə bağlı tədbir kecirdi.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xankəndi şəhər, Xocalı rayon şöbəsinin sədri Ramiz Ağayev məlumat verib.
Tədbirdə cıxış edənlər Alov Nəcəfovun kecdiyi döyüş yollarından söhbət acdılar və onun həqiqətən də döyüşlərdə alov kimi olmağından danışdılar.


Ramiz Ağayev bildirdi ki, Kərkicahan qəsəbəsi hadisələrin ilk günündən düşmənlə üzbəüz mövqedə olub. Azadlığı, müstəqilliyi, babalardan miras qalan torpağı uğrunda oğlunu, qızını şəhid verən xalq xoşbəxt xalqdır. Bu mənada Azərbaycan xalqının qürur hissi keçirməyə, başını uca tutmağa tam mənəvi haqqı var. 44 günlük Vətən müharibəsində Azərbaycan oğulları bir daha sübut etdilər ki, Vətən uğrunda hər birimiz öz canımızdan keçməyə hazırıq. Şəhidlərimizin başlatdığı bu haqq işi Zəfərlə başa çatdı və tezliklə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tezliklə öz doğma Xənkəndimizdə öz tədbirlərimizi keçirəcəyik.
Allah cəmi şəhidlərimizə rəhmət eləsin, qəbirləri nurla dolsun!
Elnur Səlim
