Müharibə əlilinə yardım üçün ilk reaksiyanı Bərdə rayon İH Başçısı verdi — VİDEO

Ölkə rəhbəri cənab İlham Əliyev deyib: «Mən dəfələrlə bu məsələ ilə bağlı öz fikirlərimi demişəm, bu gün də deyirəm. Hər kəs bilsin, eşitsin və nəticə çıxarsın: məmurlar xalq üçün yaşayırlar, əksinə deyil. Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət göstərməlidir, köməklik göstərməlidir, yekəxanalıq etməməlidir, hansısa qanunsuz tələb irəli sürməməlidir, özünü təvazökar aparmalıdır». Bu gün bu fikirlər ölkə rəhbərinin apardığı islahatları dəstəkləyən hər bir kəsin fəaliyyət proqramına çevrilməkdədir.

Fedai.az-da yayınlanan «Müharibə əlilinin evinin tikintisinə kömək edən tapılacaqmı?!» adlı yazıya ilk reaksiya Bərdə rayon İcra Hakimiyyətinin Başçısı Vidadi İsayev və rayonun icra strukturlarından cavab gəldi. Bu cür operativlik təqdirəlayiqdir.

Bərdə rayon İcra Hakimiyyətinin Başçısı Vidadi İsayev, dərhal problemlə maraqlanmış, müharibə əlili, AVMVİB Bərdə rayon şöbəsinin sədri İsmayıl Rüstəmovu şəxsən qəbul edərək, onun üzləşdiyi problemə yardımçı olacağını bildirib. Görüş zamanı müharibə əlili İsmayıl Rüstəmovun problemlə bağlı Bərdə rayon İcra Hakimiyyətinə müraciət etmədiyi məlum olub.

Bərdə rayon İcra Hakimiyyətinin Başçısı Vidadi İsayev, həm AVMVİB rayon şöbəsinin qərargahsız qalması, həm də müharibə əlilinin mənzil tikintisində rastlaşdığı problemin həlli üçün aidiyyatlı orqanlara göstəriş verib.

Biz də 67 minlik Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi və Fedai.az saytı adından rayon İcra Hakimiyyətinin Başçısı Vidadi İsayevə göstərdiyi operativ münasibətə, problemin həllinə yönəlmiş diqqət və qayğıya görə öz minnətdarlığımızı bildiririk.

İnanırıq ki, AVMVİB üzvü olan müharibə əlili İ. Rüstəmovun üzləşdiyi problem, tezliklə öz həllini tapacaqdır.

Bəxtiyar Qurbanov

P.S. Bir daha vətənpərvər, imkanlı şəxslərə üz tutub, müharibə əlilinin qarşılaşdığı bu problemin həllində yardımçı olmalarını xahiş edirik. Əlaqə telefonu: +994514844354, İsmayıl Rüstəmov

Bu xəbəri paylaşın: