Rusiyanın paytaxtı Moskvanın Lyublino rayonunda göl ətrafında öz övladı ilə gəzintidə olan azərbaycanlı xanım Elnurə Novruzova göldə ana-balanın batdığını görüb. Elnurə xanım övladını sahildə qoyaraq gölə tullanıb və onları xilas edib.
Hazırda hadisə ilə əlaqədar olaraq Moskva şəhərinin Lyublino rayon Administrasiyası prezident Vladimir Putinə təqdimat ünvanlayıb. Rayon sakinləri Elnurə Əhməd qızı Novruzovanın “Rusiya qəhrəmanı” adına layiq görülməsi məqsədilə Administrasiyanın önündə piket keçiriblər.
Elçin Həsənzadə

Bu xəbəri paylaşın: