Ukraynada Azərbaycanlılar…

Ukraynadakı Azərbaycan diasporu öncül və mütəşəkkil olmasıyla seçilir. Ukraynada yaşayan azərbaycanlılar haqqında videou bizə göndərdiyinə görə, Ukraynada yaşayan soydaşımız Eldar Tağıyevə öz minnətdarlığımızı bildiririk. Xatırladaq ki, Eldar bəy diasporamızın fəal üzvü olan ziyalılarımızdandır…

…Bütün dünyaya səpələnmiş soydaşlarımızla bağlı söhbətmizi bu dəfə, keçmiş Sovetlər birliyinə daxil olan ölkələr sırasında Azərbaycanlıların ən geniş yayıldığı və geniş şəbəkələndiyi ölkələrdən biri Ukraynada daimi məskunlaşan həmyerlilərimizlə davam etdirəcəyik. Rəsmi məlumatlara əsaslanaraq deyə bilərik ki, Ukraynaya azərbaycanlıların mühacirəti XIX əsrin sonu, XX əsrin əvvəllərində başlayıb. XX əsrin əvvəllərindən buraya təhsil almağa gələn azərbaycanlı tələbələr ictimai fəallıq göstərməyə başlayıblar.

Onların fəallığı sayəsində Ukraynanın paytaxtı Kiyev şəhərində Azərbaycan Milli Mədəniyyət Mərkəzi yaranıb və zaman-zaman burada yığılan azərbaycanlılar Azərbaycan mədəniyyəti, poeziyası, ədəbiyyatı barəsində müzakirələr aparıblar. Lakin tarixi mənbələrə nəzər salsaq belə qənaətə gələ bilərik ki, ilk azərbaycanlıların müasir ukrayna ərazilərinə mühacirat tarixi rəsmi məlumatlara nisbətən cox fərqlidir. Yəni qədim türk tayfalarından biri olan qıpçaq tayfalarının, müasir ukrayna ərazilərinə XIII əsir əvvələrində yerləşməsi tarixi faktlarla öz təsdiqini tapmışdır.

Bu xəbəri paylaşın: