1918-1920-ci illər Azərbaycan Cümhuriyyətinin dünya tərəfindən de-fakto tanınan sərhədləri

Sahil Sarxanlı

Əgər hələ də Ermənistan sərhədlərimizi tanımırsa deməli bizim tam ixtiyarımız var ki, istədiyimiz yerə kimi irəliləyək. Buna haqqımız çatır. Tarixi xəritələr də bizim leyhimizədir. 1918-1920-ci illər Azərbaycan Cümhuriyyətinin dünya tərəfindən de-fakto tanınan sərhədləri ilə Azərbaycan Rusiya tərəfindən işğal olunub.

SSRİ dövrünün ilk illərində də bu sərhədlər dəyişməz olaraq qalıb. Sonradan «birlik, bərabərlik, qardaşlıq» adıyla işğalçı ruslar tarixi torpaqlarımızı hissə-hissə ermənilərə hədiyyə ediblər. İndi isə müstəqil Azərbaycan Ordusu bu ədalətsizliyi güc yolu ilə həll etməyə çalışır. Ya sülhlə, ya da savaşla ən azından Naxçıvan istiqamətində dəhliz mütləq yaradılacaq. Dəhlizə razı olmasalar bu xəritəni gerçəkləşdirməkdə bizə heç bir maneə olmayacaq. Bu xəritədəki ərazilər bizim qanuni ərazilərimizdir.

«Azərbaycan keçirdiyi əməliyyat coğrafiyası ilə bağlı beynəlxalq məsuliyyətə cəlb oluna bilərmi?

Problemin hüquqi izahatını Əziz Əlibəyli belə verib:

Bir qayda olaraq, 12 sentyabrda başlayan hərbi kampaniyanı sərhəd hadisəsi adlandırmaq ən doğru ifadədir.

Belə ki, bunun beynəlxalq hüquqla tənzimlənən présedent qaydası var.

Məsələn, “Sərhəd hadisəsi” (sərhəd atışması) termini Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən hələ 1986-cı ildə «Nikaraqua ABŞ-a qarşı» işində təcavüzdən ayıraraq istifadə edilmişdir.

Yəni sərhəd hadisəsi baş verərsə, Təhlükəsizlik Şurasının müdaxiləsi mümkün deyil.

İndi əsas məsələ budur ki, iki dövlət arasında tanınma ilə bağlı müqavilə olmadığından sərhəd xətti yoxdur.

Yəni Beynəlxalq Ədalət Məhkəməsi ilə Azərbaycanı hədələyən tərəf başa düşməlidir ki, Məhkəmə bu cür naməlum məsələlərə görə qərar verməkdən imtina edir.

Bir sözlə, apardığımız əməliyyatlar bizim əleyhimizə dünyada heç bir hüquqi məsuliyyət doğurmur.

Əsas arqument budur ki, sərhəd yoxdur və BMT -yə daxil olanda ərazi vahidi BMT reyestrinə qəbul edilməyib.

Yoxsa elə Qarabağ məsələsində biz bunu çoxdan edərdik.»

Bu xəbəri paylaşın: