TƏBRİK: TİBB XİDMƏTİ MAYORU EYVAZ MƏMMƏDOV — 57

    Həmişə müqəddəs peşəsinə layıq, yüksək iş qabiliyyətləri ilə, fərqlənən cəfakeş həkimlərmizdən biri  olan Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsində xidmət etmiş ehtiyyatda olan tibb xidməti mayoru Məmmədov Eyvaz Mikayıl oğlunun 23 sentyabr 57 yaşı tamam olur.

        Bu gün münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi rəhbərliyi, Eyvaz Mikayıl oğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona maraqlı həyat, mənalı ömür, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti, işlərində uğurlar  və həyat yollarında bitib -tükənməyən nailiyyətlər arzulayır.

     Eyvaz həkimin yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin.

     O, Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına hərbi andın, hərbi nizamnamələrin, direktivlərin, təlimatların, əsasnamə və əmirlərin tələblərinə və vəzifə borcuna əməl etməkdə Vətənə, dövlətə, xalqa sədaqətlə xidmət etmişdir. Hippokrat andı içən Eyvaz həkim o anda sona qədər sadiq qalaraq  ona həvalə edilmiş vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirir.

    Yüksək insani keyfiyyətlərə və kamil həkimlik peşəsinə qadir Eyvaz həkim sağlamlıq bəxş etdiyi insanların ömrundə və şərəfli həkim peşəsinin tarixində yaşayacaq.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, EYVAZ HƏKİM!

DAİMA XOŞBƏXT VƏ FİRAVAN YAŞA

ÖMRÜN UZUN OLSUN 100 YAŞA.

ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: