Paşinyan bu ölkədən torbasını götürüb qaçacaq…

BU YAZI 2 OKTYABR 2020-Cİ İL MÜHARİBƏNİN GETDİYİ GÜNLƏRDƏ QƏLƏMƏ ALINIB. O GÜNLƏRİ XATIRLAYAQ…

Xaqani Ədəboğlu

AVMVİB Mətbuat Xidmətinin rəhbəri

Rusiya prezidenti Vladimir Putin, ABŞ prezidenti Donald Tramp və Fransa prezidenti Emmanuel Makron regionda vəziyyətin gərginləşməsini pisləyiblər və tərəfləri dərhal atəşkəsə çağırıblar. 

“Minsk Qrupunu təmsil edən ölkələr Dağlıq Qarabağ münaqişəsi zonasındakı təmas xəttində gücün eskalasiyasını ən qəti şəkildə qınayır. Ölənlərin və yaralıların ailələrinə başsağlığı veririk. İştirakçı tərəflərin silahlı qüvvələri arasında hərbi əməliyyatları dərhal dayandırmağa çağırırıq” — deyə bəyanatda deyilir.Qarabağa ilk terrorçu legionu Fransa göndərib, terrorçulara ilk ağır silahları Rusiya verərək onlarla birgə çiyin — çiyinə döyüşüb, Azərbaycana qarşı haqsızlıq edən və separatizmə dəstək verən ilk ölkə ABŞ, 907-ci düzəlişi qəbul etmişdi. Bu gün bu qondarma separatçı-terrorçu qrupun hər üç ölkədə nümayəndəlikləri mövcuddur.  

Qarabağa göndərilən terrorçuların ilk legionunu Fransanın o dövrkü prezidenti Daniel Mitteranın xanımı Daniella Mitteran şəxsən yola salmış və bütün xərclərini də Daniella Mitteran ödəmişdir. Bu fakt yetərlidir ki, Fransanın bir dövlət kimi terrora dəstək verdiyi ortaya çıxsın. Bu 1983-cü ildə Melkonyan Parisdəki Orli hava limanında, Türk hava yolları şirkətinin kassaları qarşısında partlayış təşkil etmişdi. Nəticədə 8 nəfər həlak olmuş, 55 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdı. 1985-ci ildə o Fransa polisi tərəfindən yenidən həbs olunmuş və teror aktının təşkilində günahkar bilinərərk 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Lakin Melkonyanın cəzaçəkmə müddəti müəmmalı şəkildə azaldılmış, o, 1989-cu ildə azadlığa buraxılaraq, Fransadan Yəmən adıyla deportasiya edilmiş, Fransanın əliylə 1990-cı ildə Melkonyan Ermənistana gəlmiş və Azərbaycanın Dağlıq Qarabağ ərazisinə getmişdir.

Ermənidən betər ermənilik edən Emmanuel Makron öz dövlətinin imicini elə bu cür yerə soxmaqla məşğuldur. Fransa şəhərləri işğal edilmiş Azərbaycan şəhərləri ilə dostluq əlaqələrinə etiraz edən Azərbaycana «Fransa dövləti Azərbaycanın sözüylə siyasət yürütmür» deyən bir ölkənin adı bizim xalqın düşmənləri siyahısında yer almaqdadır. Çünki Azərbaycan öz sərhədləri daxilində nə etdiyini Fransa kimi bir terror və separatizm dəsrtəkçisi olmuş dövlətdən soruşmağa borclu deyil. Çünki bu sualı 30 ildir veririk və cavabları yoxdur. Olmayan cavab üçün niyə sual verək ki?

Artıq o sualın cavabını özümüz bilirik. Ən yaxşısı cavan prezident kimi gedib qoca arvadınızla kefinizi sürün. Belələrinə Qafqazda pis baxdıqlarına görə, onların sözləri də yetərsizdir. Çünki bura Fransa deyil. Bu faktlara sahib bir ölkə terror dəstəkçisi kimi öz tərəfsizliyini itirib. Ona görə də Fransanın təmsil olunduğu bir Qrup olan ATƏT-in Minsk Qrupu tarixin arxivinə verilməlidir. Fransa Prezidenti Emmanuel Makron  “Le Monde” qəzetinin Qarabağda yaralanan jurnalisti və fotoqrafı üçün  təyyarə göndərəcəyini açıqlayıb. Qeyd edək ki, “Le Monde”nin müxbiri Allan Kavalın vəziyyəti ağır oplduğu deyilir, Xankəndinin tibb mərkəzində əməliyyat olunur. Güya Qarabağın Xocavənd (Martuni) şəhərində iki xarici jurnalist atəş altına düşüb. Amma jurnalistdən başqa yaralanan şəxsin adı çəkilmir. Bu şəxs Fransanın bölgədə beton istehkamları quran fransız mühəndis olduğu deyilir. Bu şəxs İŞİD-lə və PKK terrorçuları üçün yeraltı dəmir-beton sığınacaqlar tikən şəxsdir və təyyarə isə, məhz bu şəxsləri bölgədən çıxarmağa çalışır.

Rusiya Fedarasiyasının Azərbaycana qarşı bütün cinayətlərdə əli var. Münaqişə İNOBİS adlı Qraçov-Kazimirov planı əsasında yaradılmış bir münaqişədir. Bu gün separatçıların əlində olan bütün silahlar Rusiya tərəfindən verilib. Azərbaycan xalqına qarşı törədilmiş bütün cinayətlərdə Rusiya Ermənistanla şərikdir. Hətta Nikol Paşinyan Xocalı qətliamını rusların törətdiyini yazmışdı. Xocalı soyqırımında Rusiya Ermənistanla şərikdirlər və torpaqlarımızın işğalında təkcə 366-cı polk deyil, həm də Ermənistandakı 7-ci (indiki 102-ci baza), Pskov polkunun rezervistləri tam heyətlə iştirak ediblər. Yüzlərlə fakt ortadadır. 

Xocalı qatili kimi tanınan Robert Koçaryan və Serj Sarqsyan Rusiyanın əlaltıları hesab edilirlər. Onların bu günədək Haaqa tribunalına verilməməsi Rusiyanın sayəsində baş tutub. Ölkəmizin 20%-nin talan edilməsində də Rusiyanın cinayətlərini V. Kazimirov öz müsahbələrində dönə-dönə təsdiqləyib. Separatçıların silahlandırılması tam rusların əməyidir və rus təqaüdçülərinin boğazından kəsilən milyardlar hesabına Ermənistanla yanaşı Qarabağın terrorçu-separatçı rejimi də silahlandırılmışdır. Moskvada qondarma terrorçu rejinin nümayəndəliyi fəaliyyət göstərməkdədir. Qondarma respublikanın pasportu əsasında viza əlaqələri də var. 

Tanklar: 

 — T-72, Rusiya — 371 ədəd

— T-55, Rusiya — 39 ədəd 

БМП və БТР (Rusiya) 

— BMP -2 — 153 — BMP-1 — 80

— BMP-1K — 5- BTR-80 — 324

— BTR-70 — 9 

Reaktiv yaylım atəş sistemləri 

— WM-80 273-мм РСЗО (Çin) — 1

— БМ-21 «Град» 122-мм РСЗО (Rusiya) — 44

 Artilleriya qurğuları 

— 2С3 «Акация» 152-мм САУ (Rusiya) — 12

— 2С1 «Гвоздика» 122-мм САУ (Rusiya) — 12

— 2А36 «Гиацинт-Б» 152-мм  CAУ  (Rusiya) — 99

— МЛ-20152-мм (Rusiya) — 53

— Д-30 122 mm (Rusiya) — 102

— М-120 minamyot (Rusiya) — 50

— М74/75 (Serbiya) — sayı bildirilmir 

Tank əleyhinə qurğular 

— «Штурм-С» ПТРК (Rusiya) — 6

— «Конкурс» ПТРК (Rusiya) — 6

 Operativ taktiki raket kompleksləri 

— 9К72 «Эльбрус» С-300 (Rusiya) — sayı bildirilmir

— Точка-У (Rusiya) — sayı bildirilmir 

HHM sistemləri

 — С-300 (Rusiya) — sayı bildirilmir

— С-125/125М[ (Rusiya) — sayı bildirilmir

— Круг ZRK orta məsafəli (Rusiya) — 15

— Куб ZRK yaxın məsafəli (Rusiya) — 1 dvizion

— Həmçinin, OCA, Strela, ЗСУ-23-4«Шилка«, ЗУ-23-2, Игла−1 və Иглa silahları var.

 AVİASİYA 

— Су-25 (Rusiya) — 2 ədəd

— Ми-24 (Rusiya) — 5 ədəd

— Ми-8МТ (Rusiya) — 5 ədəd və s. (Viki məlumatlar)

Rusiyanın əlbəttə bunlardan «xəbəri» yoxmuş. Bu silahları Ermənistan pulsuz alaraq, yəqin ki, Saakyana ad günü hədiyyəsi edibmiş. Rusiya qonşu dövlət imicini Qafqazda qoruyub saxlamaq istəyirsə, bölgəyə göndərilməsi haqda məlumatlar gəzən «Vaqnerini» geri çağırmalıdır. Çünki bu savaş Azərbaycan xalqı üçün bir Vətən savaşıdır və bu məqamda Rusiya gözümüzə görünməz. Ya var olarıq, ya da bütün Rusiyanı çökdürərik! 

Hətta rus analarını aldatmaq üçün Rusiya «Gruz-200» (ölmüş rus əsgərinin hərbi «formulası») olmuş əsgərlərini Xankəndi yaxınlığındakı və Martunidəki qəbirstanlıqlarda basdırıb. Rus anaları isə hələ də öz övladlarını gözləməkdədirlər. Putin erməniləri müdafiə etmək əvəzinə o anaları kiritsin. Torpaqları azad edən kimi erməniyə «girov» düşmüş rus terrorçularının «Gruz-200»-lərini öz Vətənlərinə göndərməyə söz verirəm. Rusiyanın separatyçı terrorçularla əlaqələri sadalamaqla bitməz.

Öncə bildirim ki, 1991-ci ilin sonunda Xocalının işğalı üçün helikopterlərlə hərbi yüklərin daşınmasının şahidlərindənəm və Xramort dağı üzərinə özünü çatdıran iki helikoöpterin müşayəti ilə gedən Mİ-8 yük vertalyotunu da mən vurdum.

Rusiya haqlı olan tərəfdə durmağa borcludur. Bütün bu faktlar göstərir ki, problemin memarı, müharibənin iştirakçısı, terroru və separatizmi dəstəkçisi kimi Rusiya öz neytrallığını itirmişdir. Onun təmsil olunduğu bir Qrup tarixin arxivinə verilməlidir. Ya da Rusiya və Fransa həmsədrlikdən könüllü olaraq istefa verməlidirlər. ABŞ da regionda hadisələrin ilk çağından ədalətsiz «907-ci düzəliş»lə tanınır. Xatırladım ki, düzəliş ilk dəfə 1992-ci ildə Azərbaycan tərəfindən Dağlıq Qarabağın «işğalı» və Ermənistana qarşı blokadasını dayandırmaq məqsədilə Senat Con Makkeyn tərəfindən təklif edilmişdir, ancaq daha sonra naməlum səbəblərə görə qeri qaytarılmışdır. Bundan sonra, yenidən, Senator Con Kerri və erməni lobbi təşkilatlarının dəstəyi ilə Konqressmen Ueyn Ouens (Yuta ştatı) tərəfindən Konqresdə irəli sürülmüşdür. Senator Riçard Luqar (İndiana ştatı) düzəlişin qəbul edilməsinin əleyhinə çıxış etmişdir. Buna baxmayaraq, düzəliş, erməni lobbi təşkilatlarının güclü təzyiqi nəticəsində Konqres tərəfindən qəbul edilmişdir.

ABŞ o vaxtkı vitse-prezidenti Co Bayden düzəlişin qəbulunda fəal rol oynamış və dəfələrlə onun ləğv edilməsinə qarşı çıxış etmişdir. 2001-ci il 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresi Prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti vermişdir. Lakin hücuma məruz qalmış Azərbaycanın bu şəkildə haqsızlığa uğramasını Azərbaycan xalqı unutmayıb.

Ermənistan ABŞ-ın iradəsinin əleyhinə olaraq daim İranla sıx əlaqələrə malikdir və Gürcüstan vasitəsiylə Avropaya, Rusiyaya açıqdır. Bizə qarşı Rusiya ilə birgə işğalçılıq müharibəsi aparan bir ölkənin dəstəklənməsi ABŞ ədalətini sarsıtdı və erməni lobbisinin istəkləriylə qərar qəbul etmiş bir duruma düşdü. Separatçı qurumun ABŞ-da nümayəndəliyi var və bu rejimə indiyədək maiyyə yardımları göstərilib. Bu yaxınlarda ABŞ-da NDAA-ya (National Defense Authorization Act – NDAA) dəyişikliklər nəticəsində Ermənistan bir daha növbəti sənəddə  işğalçı dövlət kimi qeyd olundu və  məcburi köçkünlərin öz doğma yurd – yuvalarına qayıdışı tələb olundu. Ukrayna, Moldova, Gürcüstan və Azərbaycan kimi ölkələrdə işğal olunmuş ərazilərdən köçkün düşmüş və o ərazilərdə qətlə yetirilmiş həmin ölkələrin vətəndaşları barədə hesabatın Dövlət katibi tərəfindən Müdafiə katibi ilə əlaqələndirilməklə Konqresə təqdim edilməsi barədə 296 saylı düzəliş Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü təsdiqləyir.

Bu düzəlişdə işğal olunmuş ərazilərdən köçkün düşmüş və həlak olmuş əhali barədə məlumatların ABŞ Dövlət və Müdafiə departamentləri tərəfindən birgə hesabatın Konqresə təqdim edilməsi nəzərdə tutulur.  Bu gün ədalət günüdür və ABŞ ədalətin tərəfində durmaq istəyirsə, bizim yanımızda durmalıdır. İnanmaq istərdim ki, lobbiyə satılmış konqresmenlər bu dəfə ədaləti aldada bilməyəcəklər. Bu mülki şəxslərin öldürülməsi və yaralanmasında suç ortağı olanlar Ermənistanı dəstəkləyə bilərlər. 

Mən Qarabağlıyam. Mənim təbii bəşəri haqlarımdan birincisi öz vətənimdə yaşamaq hüququmdu. Bütün beynəlxalq qanunlar bu haqların qorunmasına həsr olunub. 65 minlik bir separatçı və terrorçu topluma görə 780 minlik əhalinin hüquqlarının müdafiəsiz buraxılmasını nə din, nə qəbul edilmiş qərarlar, nə insani keyfiyyəti olan bir kimsə qəbul edə bilər. Amma 27 ildir dünya başbilənləri bunu görməzdən və eşitməzdən gəlirlər.

5-10 terrorçunu qorumaq naminə, 780 min nəfərin təbii haqlarını pozmağın beynəlxalq qanunlarda adı nədir? 80 mindən çox Dağlıq Qarabağ bölgəsindən didərgin düşmüş azərbaycanlı və 700 mindən çox ətraf ərazilərdən olan məcburi köçkünlər, son 27 ildə heç bir irəliləyiş əldə olunmayan danışıqların fonunda əziyyət çəkməkdə davam edirlər. Bunu görməzdən gələnlərin insani keyfiyyətləri yoxsa, heç olmasa sussunlar.

Azərbaycan xalqı öz təbii və ilahi haqlarını əldə edəcək. Həm də bir qazancımız düşmənlərimizi və dostlarımızı yenidən saf-çürük etmək şansı əldə edəcəyiizdir. Bu gün qondarma «demokrat» Nikol Paşinyanın oyunbazlığı sayəsində yeni bir müharibə ocağı alovlanıb. Hitler də demokratik yolla hakimiyyətə gəlmişdi. Babası faşizmə köpəklik etmiş Nikolun dəstəkçiləri arasında əsil demokratlar gözə dəymir. Milyonlarla insanın ölümünə bais olmuş diktator Bəşir Əsəd, Livanın oyuncaq hakimiyyəti, Çin diktatura rejimi, İranın mollakrat rejimi, fransız «qoca qarının cavan əri», xəstə təxəyüllü Makron və Nikol ağlda olan beş — üç dövlət başçısı bu sırada yer almaqdadır.

Amma unutmayın ki, qəhrəman Azərbaycan əsgəri və cəfakeş Azərbaycan xalqı Rusiyanın müftə verdiyi «oyuncaqları» metaləritmə sexlərinə, canlı qüvvəsindən qalan leşləri isə onlara bənzər çaqqallara yem edərək rədd olub ölkəmizdən gedəcək. Özü də hakimiyyətə gələndə əlindəki torbasını götürüb qaçacaq… 

Bu xəbəri paylaşın: