Beyləqan rayonu Kəbirli kəndində şəhid məzarları ziyarət olunub

Beyləqan rayonu Kəbirli kəndində şəhid Anar Zakir oğlu Tağıyevin Anım mərasimi keçirildi.

Mərasimdə Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, İH əməkdaşları, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədovun rəhbərliyi ilə veteranlar, şəhidin yaxınları, ictimaiyyət nümayəndələri və müharibə veteranları Beyləqan rayonu Kəbirli kəndində şəhid məzarlarını ziyarət ediblər.

Müharibə veteranları şəhid ailələrinə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədri Füzuli Rzaquliyevin adından başsağlığı vermiş və onların vəziyyətləri ilə maraqlanmışlar.

Şəhid Anar Zakir oğlu Tağıyevin keçdiyi qəhrəmanlıqlarla dolu döyüş yolları anılmış və bu qəhrəmanların heç zaman unudulmayacağını dönə-dönə qeyd etmişlər. Məhz bu qəhrəmanların sayəsində torpaqlarımız düşmən işğalından azad edildi. Xalqımız illərcə arzusunda olduğu Zəfəri qazandı.

Şəhid məzarları üzərinə güllər qoymuş və ruhlarına dualar oxumuşlar.

Allah şəhidlərimizə rəhmət eləsin!

Elçin Qədirov
Qarabağ üzrə xüsusi müxbir, Beyləqan

Bu xəbəri paylaşın: