Daha bir müharibə veteranı haqqa yürüdü.
Hadisələrin ilk günündən düşmənlə mübarizədə müharibə əlili Arif İsmayıl oğlu İsmayılov atəşkəsin son gününədək ön cəbhədə olub. Ağdərə rayon polis şöbəsinin polis nəfəri kimi ağır döyüşlərdə iştirak etmişdi.
Elə səngərlərdə qazandığı xəstəliklərdən Qarabağı görmədən sıralarımızı tərk etdi.
AVMVİB Rəhbərliyi Arif İsmayılovun vaxtsız vəfatıyla bağlı üzüldüklərini bildirir və mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!
Məkanı cənnət olsun!

