AVMVİB-də yeni təyinat

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyevin əmri ilə müharibə veteranı, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) üzvü, Şəhid Ailələrinə «Qayğı» Cəmiyyətinin Xocavənd rayon şöbəsinin sədri Hamlet Gülməmmədov AVMVİB sədrinin müşaviri təyin edilib.

AVMVİB sədri Füzuli Rzaquliyev Hamlet Gülməmmədovu təbrik edərək, gələcək fəaliyyətində, xüsusən ictimai fəaliyyətində şəhid ailələriylə işin təşkilində öz təcrübəsindən və bacarığından istifadə edəcək.

Təyinat mərasimində Azərbaycan Vətən Müharibəsinin Veteranlar İctimai Birliyi (AVMVİB) sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov, AVMVİB Sabunçu rayon şöbəsinin sədri Ramiz Musayev və müharibə veteranları iştirak ediblər.

Təbrik edirik!

Elnur Səlim

Bu xəbəri paylaşın: