Beyləqan rayonunda Anım Günü tədbiri keçirildi

Beyləqan rayonu Dünyamalılar kəndində qəhrəman şəhid Gəray Xəlil oğlu Soltanovun Anım Günü tədbiri keçirildi.

Anım tədbirində Beyləqan rayon İcra Hakimiyyəti Başçısının müavini Telman Məstanov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədovun rəhbərliyi ilə müharibə veteranları, şəhid ailələri, məktəblilər və kənd sakinləri iştirak ediblər.

Şəhid məzarları ziyarət olunmuş və ruhlarına dualar oxunmuşdur. AVMVİB Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov şəhid ailəsinə AVMVİB sədri Füzuli Rzaquliyevin adından başsağlığı verərək daim onların yanında olduqlarını bildirdi.

Allah onlara rəhmət eləsin!

Elçin Qədirov
Qarabağ üzrə xüsusi müxbir, Beyləqan

Bu xəbəri paylaşın: