Ukrayna ordusu böyük irəliləyiş əldə edib

Ukrayna ordusu Rusiya qüvvələrinə qarşı böyük irəliləyişlər əldə edib, ölkənin cənub və şərqində onlarla yaşayış məntəqəsini işğaldan azad edib.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

«Ukrayna ordusu hazırkı müdafiə əməliyyatı kontekstində ölkənin cənubunda kifayət qədər sürətli və güclü şəkildə irəliləyir», — prezident bildirib.

«Təkcə bu həftə Rusiyanın keçirdiyi psevdoreferendumdan sonra onlarla yaşayış məntəqəsi azad edilib. Bunlar Xerson, Xarkov, Luqansk və Donetsk vilayətlərindədir», — deyə Zelenski qeyd edib.

Bu xəbəri paylaşın: