Dağıstanın Məhərrəmkənd rayon məhkəməsi 5 Azərbaycan vətəndaşını müvəqqəti saxlanma təcridxanasına göndərib.
Rusiya KİV-lərinin yaydığı məlumata görə, prokurorluq ümumilikdə 10 azərbaycanlının məhkəmə önünə çıxarılacağı bilinirdi
Onlar polisə müqavimət (318.1) və qəsdən əmlakın məhv edilməsi (167-ci maddə) ilə təqsirləndirilirlər. Bundan əvvəl məhkəmə 83 Azərbaycan vətəndaşını 10 sutkalıq həbsə göndərmişdi.
İyunun 15-də Azərbaycan-Dağıstan sərhədindəki Məhərrəmkənd rayonunun Kullatr postunda yüzlərlə azərbaycanlı ilə Rusiya polisi arasında kütləvi toqquşma baş vermişdi. Azərbaycan vətəndaşlarına qarşı vəhşi üsullardan istifadə edən OMON qüvvələri vtəndaşları aşağılayıcı bir tərzdə hərəkət edərək, onlarla soydaşımıza bədən xəsarətləri yetirmişdilər.
Azərbaycan tərəfi bu barədə hələ də susur.
