Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Yasamal rayon şöbəsinin üzvləri şəhid həkim Feyruz Hacılının şəhadətinin ikinci ildönümünü məzarı başında qeyd ediblər.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Yasamal rayon şöbəsinin sədri Salman Hüseynov məluma verib.
Mərasimdə müharibə veteranları ilə yanaşı ictimaiyyət nümayəndələri, şəhidin yaxınları iştirak ediblər. Şəhid Feyruz Hacılının məzarı üzərinə güllər qoyulub, ruhuna dualar oxunub.
Allah şəhidlərimizə rəhmət eləsin!
Nurlan Məmmədli


