«Əsgərlərə dəstək» qrupu yardımlarını davam etdirib

Rusiya Federasiyası Norilsk şəhərində yaşayan vətənpərvər soydaşlarımızın «Əsgərlərə dəstək» qrupu Azərbaycanda veteranlara və şəhid ailələrinə yardımlarını davam etdirib.

Bu dəfə bu xeyirxah insanların sorağı Azərbaycanımızın ikinci şəhəri Gəncədən gəlib.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Gəncə şəhər şöbəsinin sədri Bəyanat Qasımov məlumat verib.

Bəyanat Qasımov bildirib ki, xeyirxah soydaşlarımızın sayəsində 10 nəfər aztəminatlı müharibə veteranına yardımlar edilib. Onlara uzaq Norilskdə yaşayan soydaşlarımızın ölkəmizdə gördükləri xeyirxah işlər barədə məlumatlar verilib. Müharibə veteranları adındanxeyirxah soydaşlarımıza minnətdarlıq edilib.

Xatırladaq ki, Norilsk şəhərində yaşayan vətənpərvər soydaşlarımızın «Əsgərlərə dəstək» qrupunun üzvü Cavid Nəzərov adı çəkilən qrupun dəstəyi ilə şəhid ailələrinə, qazilərə dəfələrlə yardımlar göstərib və şəhid adlarının əbədiləşdirilməsi üçün tikilən abidə komplekslərinə dəfələrlə dəstək olublar.

Allah xeyirxah soydaşlarımızı qorusun!

Elnur Səlim

Bu xəbəri paylaşın: