Yardımlıda şəhidin ikinci ildönümü mərasimi keçirilib

Yardımlı rayonun Əsədabad kəndindən olan şəhid Sahratov Cavid Əlikömək oğlunun şəhadətə yüksəlməsinin ikinci ildönümü ilə əlaqədar mərasim keçirilib.

Mərasimdə şəhid valideyinləri, kənd sakinləri, din xadimləri, Yardımlı rayon İcra Hakimiyyətinin nümayəndəsi, rayon təhsil şöbəsinin işçiləri, Yardımlı şəhər 1 nömrəli tam orta məktəbin müəllimləri, rayon ziyalıları, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Yardımlı şöbəsinin üzvləri və sədri Mayılxan Əliyev iştirak edib.

Məzarın üzərinə güllər qoyulub, dualar oxundu və çıxışlar edildi.

Çıxış edənlər şəhid Cavid Sahratovun keçdiyi döyüş yolundan və şəhidlərin unudulmamasından söz açıblar.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Elnur

Bu xəbəri paylaşın: