Veteranlar «MİR» Dövlət TeleRadio Şirkətinin kollektivini 30 illik yubileyini təbrik etdilər

Müharibə veteranları «MİR» Dövlət TeleRadio Şirkətinin kollektivini 30 illik yubileyi münasibəti ilə təbrik etdilər.

«MİR» DTRŞ-nin Azərbaycan Milli Nümayəndəliyinin direktoru İlqar Tahir oğlu Paşazadə «MİR» telekanalının yaranmasının 30 illik yubileyi münasibəti ilə Fəxri Fərmanla təltif olundu.

 Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, «Azərbaycan bayrağı» ordenli, polkovnik Elmar Hüseynov və müharibə veteranı polkovnik Niyazi Məmmədov «MİR» telekanalının yaradıcı kollektivi qarşısında çıxış etdilər. Bildirdilər ki, «MİR» Dövlət TeleRadio Şirkətinin kollektivi daim müharibə veteranları ilə sıx əlaqədə olub və onların istəklərini tamaşaçı auditoriyasına çatdırılmasında yardımçı olub.

Onları 30 illik yubileyləri münasibəti ilə bütün müharibə veteranları adından təbrik etdilər.

E. Səlim

Bu xəbəri paylaşın: