Türkiyə gizli şəkildə hazırladığı ballistik raketi sınaqdan keçirdi

Türkiyə ordusu yaxınmənzilli ballistik raket sınaqdan keçirib.

Bu barədə “Bloomberg” nəşri məlumat yayıb.

İki mənbənin agentliyə verdiyi məlumata görə, “Tayfun” raketi səhər saat 07:00 radələrində Rizə şəhəri yaxınlığındakı hava limanından mobil platformadan buraxılıb. Raket 561 km məsafədə qət edərək Qara dənizin Sinop şəhəri yaxınlığındakı sahillərinə düşüb.

Raketin hazırlanması bir neçə il gizli şəkildə həyata keçirilib.

“Bloomberg” qeyd edir ki, Türkiyə hökuməti raketlə bağlı hər hansı məlumat verməkdən imtina edib.

Türkiyədə sosial şəbəkə istifadəçiləri maraqlı paylaşımlar ediblər.

İlk cəhddə 561 km məsafəyə çatan bu yaraşıqlıya “Tayfun-561” deyə bilərik.

Daha sonra isə 1000 km məsafəyə malik «Tayfun-1071» və daha sonra «Tayfun-2023»-ü 2000 km məsafədə görə bilərik.

Bu xəbəri paylaşın: