Ağdam rayonu Şəhidlər Xiyabanında 44 günlük Vətən müharibəsi şəhidləri Ramin Zeynalov və Adəm Əmirovun Anım (şəhadətinin ikinci ili) mərasimi keçirilib.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Ağdam rayon şöbəsinin sədri Mərdan Paşayev məlumat verib.


Mərasimdə müharibə veteranları, ictimaiyyət nümayəndələri və şəhidin yaxınları iştirak ediblər.
Şəhid məzarları üzərinə güllər qoyulub, ruhuna dualar oxunub. Çıxış edənlər şəhidlərimizin keçdikləri qəhrəmanlıqlarla dolu olan döyüş yollarından danışıblar.
Allah şəhidlərimizə rəhmət eləsin!
Elçin Qədirov
Qarabağ üzrə müxbir, Ağdam


