TÜRKLÜK TÜRKCƏ İLƏ YAŞAYIR

Mixail ÇAKIR (1861-1938)

Ömrünü Gökoğuz türklərinin şəcərə şüuruna həsr etmiş türk millətçisi, pedaqoq, yazıçı, mədəniyyət adamı, şair, tarixçi…

Diqqət edin!

O, xristian bir keşişdir. Qaqauzların tarixinə dair 34 kitabın müəllifidir.

Bilirdi ki, Gökoğuz türkcəsini itirərlərsə türklüklərini itirəcəklər. Bunun üçün o, kənd-kənd gəzir, uşaqlara, gənclərə türk dilini öyrədirdi. Bu işlər 40 il fasiləsiz davam etdi.

Hər kəndə çata bilməyəcəyini anlayanda 1931-ci ildə Buxarest səfirimiz Həmdullah Suphi Tanrıövərdən kömək istədi. Mixail Çakırın kömək istəyi Atatürk tərəfindən cavabsız qalmayıb.

30 müəllim türk dilini öyrətmək üçün dərhal bölgəyə göndərilmiş, 300 Gökoğuz gənci universitet təhsili üçün Türkiyəyə gətirilmişdir.

Mixail Çakır “Türklüyə fərqlənməyə görə” ordeni ilə təltif edilib.

Mixail Çakır Qaqauziyada ölən türklüyü türkcə ilə böyütdü, qoruyub saxladı.

60-70-ci illərin millətçi dilçiləri ərəb və fars sözlərini “bizimki” deyə müdafiə edərkən, Oktay Sinanoğlu Amerikadan səsini ucaltdı:

«Türkə itərsə, Türkiyə itər!»

Türk dili vətəndir, türkcə bayraqdır, türk dili türklüyün şah damarıdır.

Alper Alpkunt

Bu xəbəri paylaşın: