Zəngilanlı veteranlar döyüşçü dostlarına vida etdilər…

Birinci Qarabağ müharibəsinin fəal iştirakçısı, 18 yaşında hərbi xidmətə çağırılaraq, Zəngilan rayonunda ilk çağırışçılardan olan, Zəngilan, Qubadlı, Cəbrayıl, Füzuli və Murov istiqamətində 4 il erməni işğalçılarına qarşı döyüşlərin iştirakçısı, müharibə veteranı, AVMVİB Zəngilan rayon şöbəsinin üzvü Göyüşov Qara Sərxan oğlu 46 yaşında uzun surən xəstəlikdən sonra 23.06.2020- ci ilda haqq dünyasına qovuşdu.

Qara qardaşımız hər zaman Vətən eşqiylə yaşadı, Vətən həsrətiylə də bu fani dünyadan köç etdi. Hər söhbətimizdə «tezliklə müharibə başlansaydı, torpaqlarımızı azad edib elimizə obamıza gedərdik»- deyirdi.

Daha bir döyüşçümüzün arzusu ürəyində qaldı, Vətən həsrətiylə Haqq dünyasına qovuşdu.

Bu gün Qara qardaşımızı AVMVİB Zəngilan rayon şöbəsi olaraq Əsil Döyüşçü kimi son mənzilə yola saldıq.

Allah Qardaşımıza rəhmət eləsin, Yaxınlarına dərin hüznlə başsağlığı veriririk.

Azad Musayev
AVMVİB Zəngilan rayon şöbəsinin sədri

Posted by Azad Musayev on 23 İyun 2020, Çərşənbə axşamı

P.S. AVMVİB Zəngilan rayon şöbəsi olaraq, biz hər zaman Şəhidlərimizin, Qazilərimizin, Veteranlarımızın yanındayıq. Biz buyuq, Biz Vətənimizi sevirik, biz öz üzvlərimizə hörmətlə yanaşırıq, Biz qarşımızdakına dəyər veririk, biz torpaqlarımızı işğaldan azad etmək üçün yaşayırıq və boş- boğazlıqla işimiz yoxdur.


Allah rəhmət eləsin!Məkanı cənnət olsun!

На изображении может находиться: один или несколько человек, люди стоят, толпа и на улице
На изображении может находиться: 1 человек, стоит и на улице
На изображении может находиться: один или несколько человек, люди стоят, толпа и на улице
На изображении может находиться: 1 человек, стоит и на улице
На изображении может находиться: один или несколько человек и на улице
Bu xəbəri paylaşın: