ABŞ Azərbaycanı İrandan gələn təhlükələrdən qorumaq niyyətindədir

ABŞ Azərbaycanı İranın “təhlükələrindən” “qorumaq” niyyətindədir. Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, ABŞ “İranın region üçün təhdid olduğu çoxdan bəllidir.

İranın «Azərbaycan kimi qonşu ölkələrlə bağlı» ritorikasını gücləndirməsi ilə bağlı “Son vaxtlar hədələyirlər, Azərbaycanı İran ərazisində terror aktı törətməkdə ittiham edirlər» İran onlara qarşı ritorikasını davam etdirsə, ABŞ bu qonşu ölkələri qoruya biləcəkmi?” sualına cavab olaraq Prays qeyd edib:

“Bu həftənin əvvəlində ABŞ dövlət katibinin azərbaycanlı həmkarı ilə görüşmək imkanı olub. İranın region üçün təhlükə olduğu bizə çox aydın idi. Biz tərəfdaşlarımızın yanında olmağa, onları dəstəkləməyə və nəhayət, İranın öz regionunda və ola bilsin ki, onun hüdudlarından kənarda sabitliyi pozan təsirinə qarşı durmağa davam edəcəyik”, — deyə bildirib.

Xatırladaq ki, Şirazda Şah-Çərəx məqbərəsində törədilən terror aktı nəticəsində 13 nəfər həlak olub, 40-dan çox insan yaralanıb.

İran hakimiyyəti hücumun Azərbaycan vətəndaşı tərəfindən hazırlandığını bildirib. “Ölkə daxilində terror qruplaşmasının aksiyalarının əsas təşkilatçısı və əlaqələndiricisi Azərbaycan vətəndaşı olub və Tehrana çatan kimi dərhal İŞİD qruplaşmasının Əfqanıstandakı nümayəndələri ilə əlaqə saxlayıb və İranda olduğunu onlara bildirib. Məsciddəki terror aktında Əfqanıstan və Tacikistan vətəndaşları da var.

Ümumilikdə, Şah-Çeraxa hücumun təşkilində əli olmaqda şübhəli bilinən 26 nəfər saxlanılıb.

Mənbə: News.am

Zəkəriyya Rəhimov

Bu xəbəri paylaşın: