Xer-SON: Rus işğalına SON! Bu Rusiyanın SONu olacaqmı?

Ukrayna hərbçiləri artıq Xersonun mərkəzindədir.

Bu barədə görüntülər internetdə yayılıb. İnsanlar Ukrayna Silahlı Qüvvələrinini coşqu ilə qarşılayırlar.

Cümə günü, noyabrın 11-də Ukrayna ordusunun hərbçiləri Rusiya hərbçiləri tərəfindən tərk edilmiş Xerson vilayət mərkəzinə daxil olublar.

Rəsmi olaraq şəhərin azad edilməsi hələ elan edilməyib.

Bununla belə, artıq sosial şəbəkələrdə ukraynalı hərbçilərin şəhərin küçələrində, xüsusən də Şumenski rayonunda çəkdirdiyi foto və videolar yayımlanır.

Daha sonra şəhərin mərkəzindən videogörüntülər yayılıb.

Bu xəbəri paylaşın: