Onlar Vətən uğrunda döyüşdülər…

Silahlı Qüvvələrin 102-ci ildönümü münasibəti ilə Ali Baş Komandan tərəfindən təltif olunanlar arasında N saylı Füzuli könüllü özünümüdafiə taborunun keçmiş komandiri, Horadiz əməliyyatının uğurla nəticələnməsində rolu olmuş N saylı hərbi hissənin 2-ci taborunun komandiri olmuş Zahir Həsənovun keçdiyi döyüş yolu …

________________________________________________

Zahir Həsənovun komandir olduğu, əsas hissəsi 848 saylı taborun döyüşçülərindən ibarət olan 2-ci motoatıcı taborun Horadiz əməliyyatında apardığı döyüşlər.

На изображении может находиться: 1 человек, на улице


Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış uğurlu Horadiz əməliyyatında şəxsi heyətinin böyük hissəsini keçmiş 848 saylı taborun döyüşçüləri təşkil etmiş, 702 saylı hərbi hissənin 2-ci motoatıcı taborunun xüsusi rolu olmuşdur.


5 yanvar 1994-cü il tarixində başlayan hücum əməliyyatının əsas zərbə qüvvəsi 2-ci motoatıcı tabor olmuş, tabor 702 saylı hərbi hissənin digər bölmələri ilə əlaqəli şəkildə düşmənin müdafiəsini yararaq, ağır təlafata uğratmış, əməliyyatı uğurla davam etdirərək qısa müddətdə 12 yaşayış məntəqəsinin işğaldan azad etməyə nail olmuşdur. Hücumdan sarsılan düşmən qüvvələri müqavimət göstərə bilməyək başıpozuq şəkildə geri çəkilmişdir.


5 yanvar 1994-cü il səhər saat 7.10-da bütün şəxsi heyəti və 2 ədəd T-72 tankla hücua keçən tabor 15 dəqiqə sonra Böyük Bəhmənli kəndində düşmənin müdafiəsini yararaq, düşmənin Quruçay körpüsünün üzərində mövqe tutmuş 2 tankını vurur. Daha sonra düşmənin Bakı-Horadiz avtomobil magistralının üzərində — Böyük Bəhmənli kəndinin qəbristanlığındakı 2 tankı (449 və 161 nömrəli T-72) qənimət götürülərək, ehtiyatda olan ekipaj cəlb edilməklə hücumun davam etdirilməsində istifadə olunur. Saat 10:30 radələrində Şükürbəyli kəndi düşməndən azad edilir. Şükürbəyli yaxınlığında düşmənin müqaviməti qısa müddətli döyüşlə qırılır. Düşmənin 80-dən çox canlı qüvvəsi məhv edilir, sursat daşıyan bir ədəd ZİL, bir ədəd “KamAZ” yük maşınını, “Şturm-S” tank əleyhinə özüyeriyən raket kompleksi, 4 ədəd MT-LB, 4 ədəd 122 mm D-30 haubitsasını qənimət götürülür. Hücumun ilk günü tabor 3 şəhid, 17 yaralı verərək qarşıya qoyulan döyüş tapşırığını yerinə yetirir.

Tabor komandiri Zahir Həsənov: “Şükürbəyli kəndində mən hərbi hissə komandiri ilə rabitə əlaqəsinə çıxıb vəziyyəti məruzə etdikdə, hərbi hissə komandiri polkovnik Şair Ramaldanov 14 km dərinliyə irəlilədiyimizi, sağ və sol cinahlardakı qüvvələrin irəliləyə bilmədiyi üçün mühasirə şəraitində olduğumuzu dedi. Sağ və sol cinahları (solda Horadiz qəsəbəsinin üstündə olan yüksəkliyin, Burğa dərəsinin üstünü və sağda isə 1-ci, 4-cü tabor və 777 saylı hərbi hissənin qarşısını) açmaq barədə əmr verdi. Taborumuz 5 və 6 yanvar tarixlərində bu əmrin öhdəsindən gəldi. Mehdili və Cocuq Mərcanlı kəndlərini, Lələtəpə yüksəkliyini azad etdik”.


6 yanvar 1994-cü il tarixində hücumun davamı olaraq, 2-ci motoatıcı tabor Qorqan kəndi, təchizat taboru Aşağı Seyidəhmədli, 4-cü motoatıcı tabor isə Merdinli kəndinə hücum etməli olsa da, digər iki taborun hücumu alınmadığından 2-ci motoatıcı tabor Aşağı Seyidəhmədliyə hücuma keçir. Saat 12:00-da Aşağı Seyidəhmədli kəndi – 8 km ərazi düşməndən azad edilir. Aşağı Seyidəhmədli kəndi uğrunda gedən döyüşdə düşmənin sursat dolu 1 ədəd ZİL-131 maşını vurulur, 30-dan çox canlı qüvvəsi məhv edilir. Tabor bu döyüşdə 33 yaralı, 6 şəhid itki verir.


9 yanvar 1994-cü il tarixində 2-ci motoatıcı tabor hücumu davam etdirərək Aşağı Əbdürrəhmanlı və Horadiz kəndlərini düşməndən təmizləyir.
11 yanvar 1994-cü il tarixində Qorqan, Aşağı Seyidəhmədli və Yuxarı Seyidəhmədli arasındakı kiçik təpəciklər azad olunur. Həmin istiqamətlərdə 12 və 13 yanvar tarixlərində düşmənin əks hücumlarının qarşısı alınır və 14 yanvarda düşmən dayanmağa məcbur olur.


Tabor komandiri Zahir Həsənov: «Qeyd edim ki, hücum zamanı erməni tərəfində məhv etdiyimiz hərbçilərin arasında ruslara, ukraynalılara, Pribaltikadan, Suriyadan gətirilmiş muzdlulara da rast gəlirdik. 11 yanvar 1994-cü il tarixində döyüşdə yaralandım və 14 yanvar tarixində Sumqayıt şəhərində yerləşən hospitala yerləşdirildim. Yanvar ayının 28-dək burada müalicə aldım. 21-31 mart 1994-cü il tarixlərində Mehdili, Horadiz kəndi, Lələtəpə, Aşağı Seyidəhmədli və Qorqan kəndi yenidən işğal edildi. Aşağı Əbdürrəhmanlı kəndi neytralda qaldı. Bu yaşayış məntəqələrinin geri alınması üçün 10 may tarixinədək etdiyimiz hücumlar heç bir nəticə vermədi. May ayının 10-da atəşkəs elan olundu”.

На изображении может находиться: Rashad Suleymanov, на улице

Rəşad Süleymanov

Bu xəbəri paylaşın: