Rusiyanın Ukraynaya atdığı iki raket Polşa ərazisinə düşdü: Ölənlər var

Rusiyanın gün ərzində Ukraynaya atdığı çoxsaylı raketlərdən ikisi Polşa ərazisinə düşüb.

Mərmilər Ukrayna ilə sərhəddə yerləşən Pşevodov kəndindəki fermaya tuş gəlib.

Raket zərbələri nəticəsində yerli sakinlərdən iki nəfərin öldüyü bildirilib.

Polşanın baş naziri Mateuş Moravietski və prezident Andjey Duda Milli Təhlükəsizlik Şurasının təcili iclasını çağırıblar.

Polşalı ekspertlər belə halda NATO nizamnaməsinin 5-ci bəndinin icrasının gündəmə gələ biləcəyini vurğulayırlar.

“İlk nümunələr Polşaya düşən raketin Ukrayna ordusu tərəfindən atıldığını göstərir”.

ABŞ-ın yüksək rütbəli nümayəndələri “Associated Press” agentliyinə açıqlamasında belə deyib. Araşdırmalara görə, Ukrayna ordusu Rusiyanın atdığı raketlərin qarşısını almaq üçün havaya mərmilər buraxıb. Nəticədə onlardan bir neçəsi hədəfi vura bilməyərək Polşaya düşüb.

Qeyd edək ki, bu bənd üzv dövlətlərin ərazisini bütün alyans dövlətləri tərəfindən birgə müdafiəsini nəzərdə tutur.

Rusiya Müdafiə Nazirliyi bildirib ki, Polşa KİV-ləri və rəsmilərinin Prjevoduv qəsəbəsi ərazisinə “Rusiya” raketlərinin düşməsi ilə bağlı xəbərləri vəziyyəti gərginləşdirmək üçün məqsədyönlü təxribatdır.

Bu xəbəri paylaşın: