Ehtiyatda və istefada olan hərbi qulluqçuların problemləri…

Seyid Mübariz Ağa

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Neftçala rayon şöbəsi Bankə qəsəbəsi Özək sədri, ehtiyatda olan gizir

Ehtiyatda və istefada olan hərbi qulluqçularla başqa bir probləridə, ərzaq payı əvəzinə verilən pul kompensasiyasının verilməsidir. Belə ki, 2006-cı ildə qəbul edilmiş “Əmək pensiyaları haqqında” qanunun tələblərinə əsasən, əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilməlidir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 8 yanvar tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin xüsusi təyinatlı dəstələrinin ərzaq payı Normaları”nda dəyişiklik edilərək yeni ərzaq normaları təyin olunmuşdur. Qanunverilciliyə görə ərzaq pulu əvəzinə kompensasiya dövlət pərakəndə satış qiymətlərinə uyğun hesablanıb ödənilməlidir.

Lakin, artıq 10 (on) ilə yaxındır ki, bu kompensasiya 64 manatdan ödənilir ki, bu da təbii ki, ərzaq normasının pərakəndə satış qiymətlərinə uyğun deyildir.

Qanunvericiliyin tələblərinə görə, əmək pensiyaçısının təminat xərcliyinə daxil olan vəzifə və rütbə maaşında, vəzifə maaşından hesablanan əlavələrdə, həmçinin ərzaq payı əvəzinə verilən pul kompensasiyasında artımlar baş verdikdə onun əmək pensiyası Dövlət Sosial Müdafiə Fondu tərəfindən yenidən hesablanır. Ona görə də adı cəkilən qurumların bu mövqeyi təbi ki, bizi (ehtiyatda və istefada olan hərbi qulluqçuları) qane etmədiyindən, yuxarda qeyydetdiyimiz faktiki və aşağda izahını verəcəyim hüquqi əsaslara görə bizi (ehtiyatda və istefada olan hərbi qulluqçuları),

1) AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASININ Maddə 8. Azərbaycan dövlətinin başçısı IV — Azərbaycan Respublikasının Prezidenti məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısıdır.

2) Maddə 25. Bərabərlik hüququ I — Hamı qanun və məhkəmə qarşısında bərabərdir.

3) Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı I — Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

4) Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Yuxarda göstərdiyim qanunları əsas tutaraq məhkəməyə mümüraciət etmə hüquqlarımız vardır.

Biz hərbicilər bilir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qarabağ qazilərinə şəhid allələrinə və o cümlədən zabit, gizir və əsgərlərə nə qədər dəyər verir və diqqətdə saxlayır. Qanunvericilikdə təsbit olunmuş hüquqlarımın həyata keçirilməsi məqsədilə adiyatı orqan olan Dövlət Sosial Müdafiə Fonduna əvəlcə 18.04.2022-ci, daha sonra 05.05.2022-ci il tariixndə rəsmi şəkildə müraciət edərək, bizim ərzaq payı əvəzinə verilən pul kompensasiyasının dövrə (zamana) uyğun, mövcud dövlət pərakəndə satış qiymətlərinə əsasən pensiyama əlavə kimi hesablanıb ödənilməsini xahiş etmişdim. Lakin qeyd etdiyim kimi adiyatı orqanlar bizi (ehtiyatda və istefada olan hərbi qulluqçuları) bu qanuni və haqlı tələblərimizidən heç bir hüquqi əsas və səbə göstərmədən qanunsuz şəkildə imtina edir. Adı çəkilən Dövlət Sosial Müdafiə Fondu hər iki məktubuma müxtəlif tarixlərdə verdiyi cavablar demək olar ki, tam standart formada və eyni məzmunda olmaqla şəxsən bizi (ehtiyatda və istefada olan hərbi qulluqçuları) müraciətlərimizə, kifayət qədər ziyalı insanlar tərəfindən qətiyyən anlaşılmayan və həmin cavablar sadəcə Azərbaycan Respublikası Qanunvericiliyindən gətirilən sitatlarla sıralanmaqdan savayı heç nəyi izah və ifadə etmir.

Məsələn, bu mövzuda mən özüm arayış üçün bir misal çəkim: Bir hərbçi zabit kimi məntiqlə düşünərək hesabladıqda, Müdafiə Nazirinin müvafiq əmrinbə əsasən hazırda bir əsgərin ərzaq normasında gündəlik ət normasının çəkisi 250 qram götürülür, bu 1 aya 7 kq yarım ət kütləsi edir ki, bunuda bazar səbəti ilə hesablayanda kiloqramı 12 manatan 90 manat edir. Halbuki, yuxarıda qeyd etdiyim kimi bu məbləğ 10 ildir ki, bizə (ehtiyatda və istefada olan hərbi qulluqçulara) cəmi 64 manatdan hesablanıb ödənilir ki, bu da özlüyündə absurddur. Bir hərbiciyə ayrılan 64 manat məvacib ətin qiymətini belə ödəmir.

AR Müdafiə nazirliyinin təstiq etdiyini ərzaq normalarında isə təxminən 24 çox çeşitdə ərzaq növü vardır ki , həmin ərzaqlarıda eyni üsulla hesablasaq – onda alınacaq əsl real məbləğin fərqini siz özünüz fikirləşin. Hələ hazır ki, infilaysiya şərayitində hər sahədə, xususəndə ərzaq sahəsindəki qıtlıq və bahalaşma, həmin ərzaq payının normalarının dəyərinin demək olar ki, hər il dəyişdirilib artırılması zərurətini də nəzərə alsaq məncə əlavə şərhə ehtiyac qalmır… Deməyim odur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08.01.2013-cü il tarıxli qərarına əsasən umumi qoşun ərzaq normasının artırılması təsdiq olunmuşdur. Həmin norma bugün riyal dəyəqr üzrə mövcud bazar səbətinə uyğun deyildir. Biz isə Azərbaycan Respublikasının Prezidenti 25 iyun 2008-ci il tarixli № 2902 sərəncamının 3 bəndinə əsasn hələdə 64 manat pul kompisiyasiyası alırıq. Bəs aradakı fərq hec görsənmədi. Halbuki, 08.01.2013-cü il tarıxli qərarı ilə əsgərin həftəlik yumurta payı 4 ədədən 7 ədətə, gündəlik ət payı isə 200 qıramdan 250 qırama və diyər ərzaq normalarıda bu xusuda artırıldıqda necə ola bilər ki, ərzaqların cəkisi və sayı artığı halda pul komisyasiyası artılımayıb. Müdafiə Nazirliyindən istər kütləvi, istərsədə fərdi qaydada yazdığımız çoxsaylı sorğu və müraciətlərimizə , təəssüf ki, heç bir cavab verilməmişdir. Axı ən azı Nazirlik bir nəfərin aylıq ərzaq normasının miqdarı və məbləği barədə bizə müfəssəl cavab verə bilərdi. Ona görədə, birdaha burdan AR Müdafiə nazirliyindən 1 nəfər hərbi qulluqçunun aylıq ərzaq payı normasının ümumi cəm formada (çəkidə) nə qədər olması və onun pul kompensasiyası qaydasında hazırki bazar səbəti üzrə hesablanaraq konkret dəyər məbləğinin müəyyən edilməsi barədə bizə (ehtiyatda və istefada olan hərbi qulluqçulara) məlumat versin.

Maliyyə Nazirliyinə yazdığımız məktublara cavab gəlb, Maliyyə Nazirliyindən rəsmi olaraq bildirir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq pul təminatının və ərzaq payı əvəzinə pul kompensasiyasının, mülki işçilərinin aylıq əmək haqlarının artırılması haqqında 25 iyun 2008-ci il № 2902 AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI bugündə qüvvədədi “Hərbi qulluqçuların statusu haqqında” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU M a d d ə 10. Pul təminatı və maddi təminat hüququ 1. Azərbaycan Respublikası hərbi xidmətin xüsusi xarakterini və dövlət qulluğunun başqa növlərindən üstünlüyünü nəzərə alaraq hərbi qulluqçuların hərbi xidmət vəzifələrini icra etməsi üçün maddi və başqa şərait yaradır. Həmin Qanunun 5-ci maddəsinə əsasən.

Hərbi qulluqçular Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi normalar üzrə dövlət hesabına ərzaq və əşya əmlakı alır, ərzaq və əşya əmlakı üçün pul kompensasiyası hüququna malikdirlər. Azərbaycan Respublikasında dolanacaq xərclərinin indeksi dəyişildikdə pul kompensasiyasının normalarını Azərbaycan Respublikasının Nazirlər Kabineti yenidən nəzərdən keçirib dəyişdirir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı)—hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. ƏƏSMN daxil olmuş 02 iyun 2022-ci il tarixli, 22631340182 saylı cavabı: Cavabdehin bu mövqeyi məni qane etmədiyindən ƏƏSMN bildiriəm ki, Ərzaq payı əvəzinə pul kompensasiyasının dövlət pərakəndə satış qiymətlərinə uyğun pensiyama hesablanması barədə: Yuxarıda da qeyd edildiyi kimi, 2008-ci ildə ehtiyata buraxılmışam və həmin ildəndə mənə pensiya təyin olunmuşdur. “Hərbi qulluqçuların statusu haqqında” qanunun 10.1-ci maddəsinə əsasən, …maddi və başqa şərait yaradır. Həmin qanunun 10.5-ci maddəsinə əsasən, … dolanacaq xərclərinin indeksi dəyişildikdə pul kompensasiyasının normalarını Azərbaycan Respublikasının Nazirlər Kabineti yenidən nəzərdən keçirib dəyişdirir. “Əmək pensiyaları haqqında” qanunun 1.0.5-ci maddəsinə əsasən, təminat xərcliyi (pul təminatı) ….. ərzaq payi əvəzinə verilən pul kompensasiyasindan, vəzifə maaşindan hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Deməli qanunvericilyin tələblərinə əsasən, mənim dövlət hesabına ərzaq əvəzi pul kompensasiyasını almaq hüququm vardır. “Əmək pensiyaları haqqında” qanunun 9.6-ci maddəsinə əsasən, hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. “Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibi”nin xidmətinin, Azərbaycan Respublikası müdafiə, …..və Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularının sıravi və rəis heyətinə mənsub şəxslərini ərzaq payı və pul vəsaiti ilə təmin etmək haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 19 May 1992-ci il tarxili 271№-li Qərarının 2-ci bəndinə əsasən, hərbi qulluqçulara və …….həmçinin sıravi və rəis heyətinə mənsub olan şəxslərə isə ərzaq payı əvəzinə (onların arzusu ilə) pul kompensasiyası ödənilməsi qərara alınmışdır.

Həmin Qərarın 4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Ticarət Nazirliyinə tapşırılmışdır ki, hər ay ərzaq payı əvəzinə ödənilən pul kompensasiyalarının məbləğini dövlət pərakəndə satış qiymətləri üzrə müəyyən edilsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 yanvar 2013-cü il tarixli 2 № Qərarı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsi heyəti üçün ərzaq payı normaları təsdiq edilmişdir. 2013-cü ildən etibarən mənə ərzaq payı əvəzinə pul kompensasiyası qanunsuz şəkildə 64 manat olaraq ödənilir ki, bu da heç bir halda Nazirlər kabinetinin Qərarı ilə təsdiq edilmiş 1№li ümumqoşun ərzaq normasının pərakəndə satış qiymətlərinə uyğun deyil və həmin normanın real dəyəri bundan dəfələrlə artıqdır. Bizim (ehtiyatda və istefada olan hərbi qulluqçularaın) ərzaq payı əvəzinə pul kompensasiyasının dəyərini dövlət pərakəndə satış qiymətlərinə uyğun ödəməkdən imtina etməsi qanunsuzdur. Onların (ƏƏSMN və DSMF ) gətirdiyi arqumentin isə heç bir hüquqi əısası yoxdur. Çünki, “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 №-li Qərarının 6-cı maddəsinə əsasən, əmək pensiyaçısının təminat xərcliyinə daxil olan vəzifə və rütbə maaşında, vəzifə maaşından hesablanan əlavələrdə, həmçinin ərzaq payı əvəzinə verilən pul kompensasiyasında artımlar (büdcədənkənar vəsaitlər hesabına müəyyən edilən artımlar istisna olmaqla) baş verdikdə onun əmək pensiyası Fond (Dövlət Sosial Müdafiə Fondu) tərəfindən yenidən hesablanmalıdır. Orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq pensiyalamın indeksləşdirilməsi barədə; “Əmək pensiyaları haqqında” qanunun 4-cü maddəsinə əsasən ölkəmizdə 3 (üç) pensiya növü vardır: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası. Mən də əlilliyə görə əmək pensiyası alıram.

Onların (ƏƏSMN və DSMF ) bu arqumenti aşağıdakılara görə yanlışdır: Əvvəla, Azərbaycan Respublikası Prezidentinin 16 fevral 2011-ci il tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin1.4.maddəsinə əsasən, Nazirlik fəaliyyətini insan və vətəndaş hüquqları və azadlıqlarına hörmət, qanunçuluq və humanizm prinsipləri əsasında qurur. Həmçinin qeyd olunan Əsasnamənin 3.1.18. maddəsində müəyyən edilmişdir ki, öz səlahiyyətləri daxilində insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq Nazirliyin vəzifələrinə daxildir. Lakin təəssüf ki, faktiki olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara münasibətində hüquq və azadlıqlara hörmət, humanizm, onların hüquq və azadlıqlarının pozulmasının qarşısını almaq səyləri və niyyəti deyil, əksinə, hərbi qulluqçuların hüquq və azadlıqlarının kobud pozulmasına, əsassız məhdudlaşdırılmasına səbəb olan fəaliyyət görünür.

Konstitusiya Məhkəməsinin Plenumu daha sonra göstərmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Böyük Palatasının Stummerin Avstriyaya qarşı iş üzrə 2011-ci il 7 iyul tarixli Qərarında aşağıdakılar qeyd olunmuşdur: Ayrı-seçkilik obyektiv və ağlabatan əsaslandırma olmadan eyni vəziyyətdə olan şəxslərə fərqli rəftar deməkdir. “Obyektiv və ağlabatan əsaslandırma olmadan” o deməkdir ki, sözügedən rəftarda fərqlilik “legitim məqsəd” daşımır və ya “istifadə olunan vasitələr və güdülən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi” yoxdur.

Müdafiə Nazirliyi, Dövlət Sosial Müdafiə Nazirliyi ərzaq əvəzi pul kompensasiaysının Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü bəndinə istinad edərək qeyd edir ki, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi əmək pensiyası hüququnun yarandığı tarixdən onun müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən tərtib olunur və əmək pensiaysının təyin edilməsi üçün Fonda təqdim edilir. Sözügedən qaydaların 4-cü bəndinə əsasən, əmək pensiyalarının yenidən hesablanması məqsədilə təminat xərcliyində baş verən artımlar barədə məlumatlar da həmin orqanlar tərəfindən Fonda göndərilməlidir.

Sonda sözüm ehtiyatda və istefada olan hərbi qulluqçularadır. Allah böyükdür ümüdsüz olmayın. Vəssəlam !!!

Bu xəbəri paylaşın: