İmişli rayon veteranları şəhidin ikinci ildönümü mərasimində iştirak ediblər

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) İmişli rayon şöbəsinin üzvü olan müharibə veteranları 44 günlük Vətən müharibəsi şəhidi Səfərli Əmrah Çingiz oğlunun ildönümü mərasimində iştirak ediblər.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) İmişli rayon şöbəsi sədrinin müavini Elçin Zeynalov məlumat verib.

Bildirib ki, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) İmişli rayon şöbəsinin sədri Taleh Tapdıqovun rəhbərliyi ilə şəhid Əmrah Səfərlinin ildönümü mərasimində iştirak ediblər. Şəhidin valideynlərinə başsağlığı verərək daim onların yanında olduqlarını bildiriblər.

Allah şəhidlərimizə rəhmət eləsin!

Elçin Qədirov
Qarabağ üzrə xüsusi müxbir

Bu xəbəri paylaşın: