Erməni əsgərinin leşini İrəvana aparmağa qoymadılar — VİDEO

Erməni əsgərinin leşini İrəvana aparmağa qoymadılar — VİDEO

Hərbi xidmət zamanı ölmüş erməni əsgərin yaxınları etiraz nümayişi keçirərək onun tabutunu İrəvana aparırlar, lakin onların qarşısı polis tərəfindən zorakılıqla alınır.

Xatırladaq ki, Ermənistan KİV-ləri xəbər verir ki, yanvarın 30-da Qarabağda görüş mövqelərindən birində cəsədi tapılan Vaqram Mkrtıçeviç Avakyanın (2000-ci il) intihar etdiyi bildirilir.

Hərbi Prokurorluq hərbçinin ona təhkim olunmuş silahdan atəş açaraq özünə qəsd etdiyini iddia etsə də, yaxınları Avakyanın öldürüldüyünü iddia edir. Əsgərin intiharı ilə bağlı 3 əsgər yoldaşı – David Movsisyan, Xaçik Qasparyan və Spartak Avetisyan saxlanılıb. Onlar “tabelilik münasibətləri olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarının pozulması” maddəsi ilə istintaqa cəlb olunublar.

Maraqlıdır ki, Vaqram Avakyanı intihara sürüklədiyi iddia olunan David Movsisyan, Ermənistan parlamentinin eks-deputatı, əslən Qarabağ ermənisi olan Arakel Movsisyanın oğludur.

Günahları sübuta yetirilsə, hərbi qulluqçuları 4-8 il arasında həbs cəzası gözləyir. Vaqram Avakyanın qohumları isə onun tabutu ilə Yerevana doğru hərəkət etməyə başlayıblar. Etirazçıların qarşısına çıxan müdafiə naziri David Tonoyan onlarla görüşərək, istintaqın şəffaf aparılacağına söz verib.

Daha geniş təfsilatıyla video kadrlarda tanış ola bilərsiniz:

İsmayıl Tanrıverdi

Bu xəbəri paylaşın: