Həftə sonu Azərbaycanın dilbər güşələrindən biri olan Lənkəran şəhərinin Xanbulan gölünə getdik. Mənimlə bərabər Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) üzvü, Qarabağ qazisi, ehtiyatda olan Baş Gizir İsgəndərov Faiq Ələddin oğlu da var idi.
İsgəndərov Faiq Ələddin oğlu 28.02.1976 ci ildə Ağstafa rayonunun Ağgöl kəndində anadan olmuş. 1994 — 2018 ci ilə qədər Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmişdir. Ailəlidir, üç övladı var.
İsgəndərov Faiq Ələddin oğlu 18.06.2021-ci ildən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Ağıstafa rayon şöbəsinin fəal üzvüdür.
Xanbulan gölünün sahilində Faiqlə birgə, silah yoldaşımız, dostumuz, qardaşımız, “Qocalar Döyüşə Gedir” qrupunun rəhbəri, ağsaqqal ehtiyatda və istefada olan hərbi qulluqçu Dadaş Mursen oğlu Mirzəyevlə görüşdük.
Dadaş Mirsen oğlu Mirzəyev 01.08.1966-cı ildə Lerik rayonunun Pirasora kəndində anadan olmuşdur. 57 yaşlı Dadaş kişi 1984 – 1986 –çı illərdə Sovetlər birliyində hərbi xidmətdə keçib.


Rusiya gizirlər məktəbini bitirdikdən sonra 1988 – 1992 – ci illərdə gizir qismində xidmət edib. Ulu Öndərin bir çağrışı ilə xidmətini davam etdirmək üçün doğma Vətənə qayıtmış və 1993 — cü ildən 2016 — cı ilə qədər Azərbaycan ordusunda xidmət etmişdir. 6 il rus ordusu, 22 il 1 ay 15 gün Azərbaycan ordusunda, toplam isə 28 il Silahlı Qüvvələrdə xidmətdə olub.
Dadaş kişi 1993-1997- ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin Tank artilleriya fakültəsində bölüyündə baş çavuş vəzifəsində xidmət keçib. Xidməti vəzifə borclarını döyüş əməliyyatlarını yerinə yetirərən zaman, bugünkü gündə şəhidlik zirvəsinə yüksələn qeyrətli oğullarımızdan, Milli Qəhrəman Əsgər Əliyev, Şükür Həmidov və şəhidlərimiz polkovnik leytenant Faiq Qasımov, təyyarəçi polkovnik leytenant Ramiz Qasımov, Vüqar Ağayev, mayor Elçin Əlıyev və yüzlərlə igid vətən övladlarının kursant ikən qayğısını cəkmişdir.
Həmkarlarımla söhbət zamanı, dovlət vəsaiti hesabına verilən mənzillərlə bağlı cətinliklərin olduğunu hiss etdim. Beləki, cəbhə bölgəsində silahı əldən düşməyən düşmənə sinə gələn ehtiyatda və istefada olan hərbi qulluqçularımız Cənab Prezidentimizin 28 dekabır 2011 — ci 569 saylı qərarına əsasən dövlət qayğısından kənarda qalıb. Faiq İsgəndərov dedi ki, 2000 — ci ildə Azərbaycan Ali Hərbi Məktəbini bitirənlər artıq mənzillə təmin olunmalıydı, əfsuslar olunsu ki, MM-nin komandalığının biganəliyi ucbatından bu günə qədər mənzillə təmin olunmamışıq. (AVMVİB) üzvu Faiq İsgəndərovun dediy kimi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Maliyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, biz Vətən muharibəsi veteranlarını dövlətdən incik salaraq ordunun gələcək patensiyalına xərər gətirirlər.


Dadaş kişi bildirdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 avqust tarixli 174 nömrəli qərarınında, hətta 5 təqvim ili xidmət etmiş ehtiyata və istefaya buraxılmışları, yerli icra hakimiyyəti orqanlarında mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alana qədər müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay kirayə pulu ödəməlidirlər. Amma çox təəssüflə bildirdi ki, bu qanunun icrahatına vaxtında və düzgün əməl olunmur. Ehtiyata və istefaya buraxılmış zabit və gizirlərin bəziləri hələ də kirayədə yaşasalar da kirayə pulu ala bilmirlər.
Daha sonra, Ağsaqqal Dadaş kişi, keçmiş SSR-i SQ-də gizir qismində xidmət etmiş, 1992-ci ildə Ulu Öndərin bir çağrışı ilə xidmətini davam etdirmək üçün doğma Vətənə qayıtmışdır. Ehtiyata və istefaya buraxılan hərbi qulluqçuların hüquqlarının pozulmasını qınadı. Bu barədə mütləq Ali Baş Komandan Cənab İlham Əliyevə “Siqnal” verilməsini söylədi.
Çox qəribədir, axı necə ola bilər ki, Ulu öndər Heydər Əliyevin bir çağrışı ilə Vətənə xidmətə qayıdan hərbi qulluqçular, bu gün dövlət qayğısından kənarda qalıb. Silahlı Qüvvələrdə 25 təqvim ili və daha artıq qüsursuz xidmət etmiş, ehtiyata və istefaya buraxılan hərbi qulluqçular, dovlət vəsaiti hesabına mənzillərlə təmin olunmayıb. Biz ehtiyatda və istefada olan hərbi quluqcular keçmiş SSR-i silahlı qüvvələrinə xidmətə könüllü getməmişik. Azərbaycan SSR-i Hərbi komissarlığı məcburi şəkilkdə göndərib. 25-30 il ömrünü, gəncliyini hərbi xidmətə həsr edən, sağlamlığını itirən hərbi qulluqçu, bugünkü gündə dovlət qayğısından kanarda qalmış və şəraiti olmayan kirayə evlərində yaşayırlar. Ürəklərə dağ cəkdirən odur ki, kirayə yaşadıqları mənzillərdən oğul evləndirib, qız köcürürk. Ağsaqqalların səsinə səs vermək vacibdir.

Seyid Mübariz Ağa
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Neftçala rayon şöbəsi Bankə qəsəbəsi Özək sədri, ehtiyatda olan gizir