İlqar Əmir oğlu Huseynov 23.11 .1969-cu il Beyləqan rayonunda anadan olsa da, hal-hazırda Göygöl rayonunda yaşayir. İki övladı var: İlqar müəllimin övladlarının ailədə aldğı tərbiyə, Vətənə, torpağa, bayrağa və millətə bağlı olduğundan, oğlu İlkin atasının xidmtini davam etdirərək hərbçi olmağa qərar verib.
İlqar müəllimin oğlu İlkin Hüseynov hal-hazırda N saylı hərbi hissədə gizir kimi HHQ və HHM Qoşunlarında xidmət edir.
İlqar müəllim 1987 — 1991-ci illərdə Sovetlər birliyinin Kurqan şəhərində Ali Hərbi Siyasi Aviasiya Məktəbində təhsil almışdır.


1991 — 1992 ci ildə Silahlı Qüvvələrin tərkibində Sovet dönəmində xidmət etmiş, doğma Vətənə xidmət etmək üçün 1992-ci ilin iyun ayından Azərbaycan Resbublikası Silahlı Qaüvələrində xidmətə başlamışdır.
Bir çox hərbi hissələrdə hərbi hissə komandirinin şəxsi heyət üzrə muavini vəzifəsində xidmət etmişdir.
Azərbaycan Resbublikasının Ərazi bütövlüyü uğrunda gedən döyüş əməlyatlarında yaxından işdirak etmiş, Azərbaycan Resbublikasının ərazi bütövlüyü uğrunda döyüşmüş müharbə veteranıdır.
Müharbənin verdiyi fəsadlardan İlqar müəllim əziyyət cəkərək 2012-ci il fevral ayının 18-də xəstəliyə görə Ordu sıralarından ehtiyata buraxılmışdır.
İlqar müəllimin, istər doslar arasında, istərsə də içtimayyət arasında qazandığı hörmət yetərincədir.


Əziz qardaşımız İlqar müəllim Sizi, “Qocalar Döyüşə Gedir” qrupu və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Rəhbərliyi adından doğum gününüz münasibəti ilə ürəkdən təbrik edir və ən xoş arzularımızı bildiririk.
Sizə həyatda xoşbəxtlik, ailənizlə birlikdə bütün işlərinizdə nailiyyətlər və can sağlığı arzulayırıq.
Allahdan arzumuz budur ki, heç zaman təbəssüm əksik olmasın, heç vaxt üzündən qocalıq oxunmasın. Kaş bu ötən günler, ötüşən illər, sənin gəncliyinə toxunmasın, həyatında heç bir çətinliyin olmasın. Həyatdakı uğursuzluqların sənə ruh düşkünlüyü yox, əksinə hər şeyi yenidən başlamaq üçün təkan versin. Siz elə bir insansınız ki, bunların hаmısı sizdə var. Gözəllik, səmimilik, ağıl və istedad. Allahdan istədiyimiz budur ki, Xoşbəxtlik dostun, həmdəmin olsun, sevgi, məhəbbət diləyin olsun.
Ad günün mübarək olsun, İlqar Müəllim !!!

Hörmətlə, “Qocalar Döyüşə Gedir” qrupu və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Rəhbərliyi
Seyid Mübariz Ağa
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Neftçala rayon şöbəsi Bankə qəsəbəsi Özək sədri, ehtiyatda olan gizir

