2022 ci ilin noyabr ayının 24 qəflətən vəfat etmiş peşəkar milli jurnalistikamızın tanınmış nümayəndəsi, Azərbaycanın Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Mətubat xidmətinin rəhbəri, 2-ci qurup müharibə əlili Xaqani Ədəb oğlu Rzaquliyev, milli mətubat ənənələrimizin qorunub saxlanmasına, inkişaf etməsinə, gənc jurnalistlərin formalaşmasına,cəmiyyətdə jurnalist peşəsinin nüfuzunun artırılmasına öz layiqli tövhəsini verib, O yaradıcılığında milli- mənəvi dəyərlərimizin, dövlətçilik maraqlarımızın,keşiyində dayanmağı vacib ictimai missiya kimi görurdü. Həmişə mütərəqqi sözun qüdrətinə arxalanırdı. Vətənpərvərlik məfhumu onun üçün ali mənəvi dəyər,ruh yüksəkliyi mənbəyi idi.
Xaqani mənim gözümdə cox böyük insan və dost idi. Onun yerini doldurmaq cox cətindir. O, peşəkar jurnalist olmaqla yanaşı,doğma yurdunu, el- obasını canından çox sevən vətənpərvər insan doğmaları üçün cox yaxşı qardaş və ailə başçısı idi.
Xaqani Rzaquliyev Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Mətubat Xidmətinin rəhbəri kimi, həmişə obyektiv olmuş,oinun heckimə qərəzli münasibəti olmayıb.
Əsli peşəkar jurnalist kimi, Xaqani müəllim öz peşəsini ürəkdən sevirdi və bu, onun insanı keyfiyyətlərini tamamlayırdı: O, öncədən praqnoz verməyi bacarırdı, onun verdiyi praqnozlar həmişə düz olurdu, informasiya müharibəsində isə o, həmişə ön sralarda idi.
Sayılıb-seçilən jurnalistlərimizdən olan, mənalı ömür yolu kecmiş Xəqani Rzaquliyev mətbuat sahəsində işlədiyi ilər ərzində, gördüyü işləri, fədakar fəaliyyəti çağdaş media işçiləri üçün sözün əsl mənasında örnək idi. Müxtəlif janrlarda saysız-hesabsız yazıları illər boyu onun imzasını peşəkar qələm sahibi kimi tanıdıb.Həmkarlar Xaqani müəllimi mətbuatımızın yorulmaz, tələbkar, təəssübkeş təşkilatçılarından biri, milli jurnalistika məktəbinin yüksək nailiyyətlər əldə etmiş yetirməsi kimi dəyərləndirirlər. Xaqani müəllim gənc jurnalistlər üçün əsl məktəb idi. O, jurnalistikanın sirlərini dərindən bilməklə yanaşı, onu gənc həmkarlarına öyrətməkdən də yorulmurdu. Hazırladıqları yazılarda onun dəst-xətti özünü göstərirdi. Peşəsinə məsuliyyəti, jurnalistika sənətinə qəlbən bağlılığı, yazdığı mövzulara dərindən bəsədliyi onu daim həmkarlarına da, oxuculara da sevdirirdi. Bunun nəticəsi idi ki, peşəkar jurnalistin yazdıqları həyatın bir parçası kimi canlı təsir bağışlayırdı. Böyük həyat məktəbi keçən Xəqani Rzaquliyevlə hər söhbət olduqca maraqlı və unudulmaz idi. İndi onun haqqında keçmiş zamanda danışmaq çətin olsa da, Xaqani müəllim həmkarları və dostları üçün həmişə canlı olaraq qalacaqdır.
Jurnalistin ömrü yazdığı məqalələrdə, kitablarda yaşayır. Unudulmaz peşəkar jurnalist Xaqani Rzaquliyevin hazırladığı və uzun illər mütəmadi olaraq dövri mətbuatda çap edilən yazıları ona əbədiyaşarlıq qazandırıb. Hər dəfə bu yazıları oxuyanda tanınmış qələm sahibinin unudulmaz siması, yüksək sənətkarlıq keyfiyyəti bir daha gözlərimiz önündə canlanacaq və xatirəsini yaşadacaqdır.
Allah rəhmət eləsin!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin hüquqi məsələlər üzrə müavini polkovnik Salman Musayev